Ermənilər azğın general Manvel Qriqoryanın həbsini TƏLƏB ETDİLƏR

15:57 15-01-2019 | icon 708 | Qarabağ
Ermənilər azğın general Manvel Qriqoryanın həbsini TƏLƏB ETDİLƏR

 

Ermənsitanda Qarabağ müharibəsi veteranlarından ibarət olan “Yerkrapa” yarımhərbi təşkilatın rəhbəri,  Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədərək “Artsax qəhrəmanı” adı almış general Manvel Qriqoryanın həbsini tələb edən insanlar etiraz aksiyasl keçiriblər.


Versus.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki. etirazçılar  baş nazir Nikol Paşinyanla görüşmək istədiklərini bəyan ediblər. Bu barədə mitinq təşkilatçılarından biri olan Civan Abrahamyan jurnalistlərə bildirib.

 

"Nikol Paşinyandan başqa biz heç bir hakimiyyət nümayəndəsi ilə görüşmək istəmirik. Cənab Paşinyan, üç gün ərzində qrupumuzun sizinlə görüşünə şərait yaradın. Bizim sizə söyləyəcəyimiz şeylər var!”, deyən  Civan Abrahamyan əhalini itaətsizlik hərəkətlərinə başlamağa çağırıb. 

Xatırladaq ki, Ermənistanı 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri olan Manvel Qriqoryan 2018-ci ilin dekabrında həbsdən azadlığa buraxılıb. General Manvel Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunurdu. 

M.Qriqoryanın hazırda Dağlıq Qarabağda olduğu iddia olunur.

Manvel Qriqoryan azərbaycanlılara qarşı nifrəti ilə seçilir. O, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak edib

M.Qriqoryan mətbuata müsahibələrinin birində Qarabağ müharibəsində əsir və girov götürdükləri yüzlərlə azərbaycanlıdan bir neçəsini  dörd il evində qul kimi saxladığını etiraf etmişdi...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı