Elm dünyası şokdadır, yeni insan növü tapılıb

12:39 03-07-2022 | icon 531 | Maraqlı
Elm dünyası şokdadır, yeni insan növü tapılıb

Elm dünyası şokdadır, yeni insan növü tapılıb: Homo bodoensis

 

Versus.az Haber Globala istinadla bildirir ki, Efiopiyanın Avaş çayı vadisində Homo Sapiens və Neandertallarla eyni dövrdə yaşadığı düşünülən "Homo bodoensis" adlı yeni insan növü tapılıb. Bu növ insanların ən böyük əcdadı ola bilər.

 


Tədqiqatçılar Afrikada təxminən 500.000 il əvvəl yaşamış bir insan növünün "Homo bodoensis" adlandırıldığını açıqladılar.



Journal of Evolutionary Anthropology-də dərc edilən araşdırma nəticələri, yeni adlandırılan bu növün Homo sapiens və Neandertallarla eyni dövrdə yaşadığını göstərir.

 

Tədqiqatın müəlliflərindən biri, Kanadanın Vinnipeq Universitetindən Dr. Mirjana Roksandiç bildirir ki, "insan coğrafi variasiyaları üçün düzgün terminologiyanın olmaması səbəbindən bu dövrdə insanın təkamülü haqqında danışmaq mümkün deyil".

 

Yeni təsnifata görə, Homo bodoensis Afrika və Cənub-Şərqi Avropadan olan Orta Pleistosen insanlarının əksəriyyətini izah edə biləcək.

 

Havay Universitetinin Antropologiya Departamentindən Christopher Bae, Homo bodoensis-in müəyyən edilməsinin insan təkamülünün bu mühüm dövrü ilə bağlı "Qordi düyününü açacağını" bildirir.

 

Bildirilir ki, Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının ad dəyişikliyi ilə bağlı çox sərt qaydalarına görə yeni növə ad vermək asan deyil.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...