Ölən toyuğun cücələrinə analıq edir


Türkiyənin Bursa vilayətində görünməmiş hadisə qeydə alınıb.
İnegöl rayonundakı bir fermada itlər tərəfindən öldürülən toyuğun 9 cücəsini xoruz öz himayəsinə götürüb.
Qırmızı pipik 10 gün əvvəl anasız qalan cücələrə əməlli başlı analıq edir.
O, sarı körpələri gecə qanadlarının altına alaraq soyuqdan qoruyur. Xoruz onları kənar təhlükələrdən qorumaq üçün bir an belə yanlarından ayrılmır və cücələri dimdiyi ilə yedizdirir. /Haber Global/

Xəbər lenti

"Rezanın daxili Odisseyası” adlı fotosərgi sentyabrın 15-nə dək uzadıldı
Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib