Partiya sədrindən Referendumla bağlı PROQNOZ

09:00 04-07-2022 | icon 558 | Siyasət
Partiya sədrindən Referendumla bağlı PROQNOZ

Fuad Əliyev: "Əhalinin sayı çoxdur, deputatların sayı artırılmalıdır"

 

Hakimiyyət islahatlara başlayan gündən  Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçiriləcəyi barədə məlumatlar vaxtaşırı gündəmə gəlir. Referenduma çıxarılacaq məsələlər çoxdur. Xüsusilə Vətən müharibəsindən sonra ərazi-inzibati quruluşun dəyişdirilməsi kimi məsələ fə referenduma çıxarılacaq məsələlərə əlavə olundu.

 

Bununla bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, islahatların axıra gədər aparılması hakimiyyətin iradəsindən asılıdır.

 

ALDP sədrinin sözlərinə görə, islahatlar sürətlə başlasa da, sonrakı mərhələdə dayandı:

 

"Bir çox məsələlərə aydınlıq qətirilməlidir. Misal üçün, icra hakimiyyəti sistemində olan zidiyyət - Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu arasındakı ziddiyyətin aradan qaldırılması məsələsi. Mən hesab edirəm ki, Nazirlər Kabineti ləğv olunmalıdır və onların səlahiyyətləri vitse-prezidentlik institutuna verilməlidir. İkinci bir məsələ. Şəhər və rayon icra hakimiyyət strukturları ləğv olunmalıdır. Biz təklif vermişik ki, yeddi ərazi-inzibati nümayəndəliyi olmalıdır. İcra strukturların səlahiyyətləri tam olaraq bələdiyyələrə keçməlidir”.

 

Hökumətin sentyabrda referendumla bağlı Milli Məclisdə müzakirələrə başlayacağı kimi məlumatlara gəlincə, Fuad Əliyev Parlamentin payız sesiyasında müzakirəyə çıxarılacaq məsələlər bağlı məlumatsız olduğunu vurğulayıb:

 

"Onu bilirəm ki, referendum məsələsi hələ ki, qeyri rəsmi söz-söhbət səviyyəsindədir. Amma bu hakimiyyətdən nə desən çıxar. Ola bilsin ki, payız sesiysında bir neçə məsələ müzakirəyə çıxarılsın, o cümlədən, proporsional seçki sistemin bərpası, deputatların sayı və yuxarıda qeyd etdiyim məsələlər. Milli Məclis müzakirələrdən sonra referenduma getmək haqda qərar versin”.

 

Proporsional seçki sistemini ölkənin siyasi sistemi üçün çox önəmli sayan ALDP sədri müxalif nümayəndələrin vaxtaşırı bu məsələni gündəmdə saxladıqlarını qeyd edib:

 

“Təəssüf ki, 2002-ci ildə müxalifət bu məsələdə bizə dəstək vermədi. Amma sonraki illərdə proporsional seçki sistemin bərpası ilə bağlı, biz də daxil olmaqla, müxalifət partiyalar bu məsələni daima gündəmdə saxladı. Hesab edirəm ki, referenduma çıxarılacaq məsələlərdən biri də proporsional seçki sisteminin bərpası olmalıdır. Əhalinin sayı on milyondan çoxdur. Ona görə hesab edirəm ki, deputatların sayı da artırılmalıdır. Bütün yuxarıda qeyd etdiyim məsələlər həyata keçsə, bunu islahatların davamı kimi qiymətləndirmək olar”.

 

Bakı şəhər mer seçkisinin keçirilməsi və bu vəzifəyə iddialı olan Fuad Əliyev, böyük şəhərlərin mer seçkilərin keçirilməsinin vacib olduğunu və bununla bağlı təkliflərin göndərdiyini geyd edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı