“Bir daha bərabər oxuyaqmı?”

12:50 04-07-2022 | icon 594 | Şou-biznes
“Bir daha bərabər oxuyaqmı?”

Türkiyə səhnəsinin ən xarizmatik romantiklərindən biri olan Kənan Doğulu Bakıdakı pərəstişkarlarına "Bir daha bərabər oxuyaqmı" sualını verərək, onlarla iyulun 27-də Sea Breeze Resort-da Sea Breeze Summer Live adlı möhtəşəm layihə çərçivəsində verəcəyi konserti səbirsizliklə gözləyir.

 

Versus.az xəbər verir ki, Kənan Doğulunun hitləri, şəhvətli səsi və tükənməz enerjisi nəinki Türkiyə ictimaiyyətini, hətta dünyanı fəth edərək, pərəstişkar qazanıb və ABŞ-da belə onun albomu buraxılıb.

 

Müğənnini dünyada tanıdan “Tutamıyorum Zamanı”, “Aşk İle Yap”, “Yaparım Bilirsin”, “Gençlik Marşı”, “Ben Senin Herşeyinim”, “Aşkım, Aşkım” adlı trekləri dillərdə əzbərdir. 2007-ci ildə “Eurovision” müsabiqəsində dördüncü yeri tutmağına baxmayaraq, Kənanın ifa etdiyi “Shake It Up Şekerim” mahnısı sədalarının altında bütün Avropa ilboyu rəqs edirdi.

 

Adı Türkiyə şou-biznesisnin tarixinə qızıl hərflərlə yazılan Kənan Doğulunun Bakıya ilk gəlişi deyil. “Bakıda verdiyim konsertlər ömürlük qəlbimdə yer tutub. Və bir daha bərabər oxuyaqmı?” - deyən müğənni, konsert üçün yeni layihə və sürprizlər hazırlayır. Sea Breeze Summer Live-n mətbuat xidməti xəbər verdiyi kimi, budəfəki konsert proqramı tamaşaçıları çox təccübləndirəcək. Xəzər dənizinin sahilində yerləşən möhtəşəm kurortundakı yay axşamları sürprizsiz keçərmı?! Kənan Doğulunun konserti də istisna olmayacaq!

 

Qeyd edək ki, Kənan Doğulu konsertinə bilet sahibləri pulsuz Sea Breeze Summer Live nəqliyyatından istifadə edə biləcəklər - xüsusi avtobuslar Koroğlu metrostansiyasından Sea Breeze-ə və əks istiqamətdə hərəkət edəcək. Biletlər şəhərin kassalarında və iticket.az saytında satılır. Konsertin baş sponsoru ABB şirkətidir. Xatırladaq ki, iyulun 16-da Sea Breeze Summer Live proqramı çərçivəsində Zivertin konserti baş tutacaq.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı