AMİP 30 illiyini qeyd edir

15:31 04-07-2022 | icon 431 | Siyasət
AMİP 30 illiyini qeyd edir

İyulun 4-də, bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 30 illik yubileyidir. Verilən məlumata görə, ölkənin siyasi gündəmində olan bütün siyasi partiyalar hakim partiya daxil olmaqla tədbirə dəvət olunub. Partiya siyasi partiyalar arasında AXCP və Müsavatı öz yubileyinə dəvət etməyib.

 

Versus.az xəbər verir ki, tədbirə dəvətlə bağlı açıqlama verən partiya sədri Arzuxan Əlizadə bildirib ki, AMİP 2019-cu ildə ölkədə islahatlarla bağlı sənəd hazırlayaraq digər partiyalara göndərib.

 

O zaman adıçəkilən partiyalar proseslərdən kənarda qalıblar. Sonrakı illərdə dost əli uzatsalar da, həmin partiyalar münasibətlərin bu cür qalmasında maraqlı görünüblər:

 

“1991-ci ilin oktyabr ayında “Millət” qəzetində partiyanın yaranması ilə bağlı məlumat gedib. 3-4 iyulda qurultay keçiriləndən sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi. O zaman nazir indiki Ədalət Partiyasının sədri İlyas İsmayılov idi. AMİP ölkədə partiyalaşma institutuna töhfə vermiş bir təşkilatdır. Həmin dövrdə partiyalar daha çox şəxslər ətrafında formalaşırdı. Partiyamızda ilk təmsil olunanlardan sonralar yönlərini dəyişənlər az olmadı.

1993-cü il hadisələrindən sonra hakim partiyaya üz tutanlar daha çox oldu. Partiyalar ələndi və öndə 5-6 partiya qərarlaşdı. Bunlardan biri də AMİP idi və deyərdim ki, nüfuzuna görə ilk sırada idi. 2002-ci ildə proporsional seçki sisteminin ləğvindən sonra partiyaların imkanları xeyli dərəcədə məhdudlaşdı. Bu proses AMİP-dən də yan keçmədi.

Bilirsiniz ki, 1998-ci ildə partiyamız Etibar Məmmədovun liderliyində prezident seçkilərində böyük uğur qazandı. Biz iddia edirdik ki, ölkə üzrə səslərin təxminən 35-36%-ni Etibar Məmmədov qazanıb. Eyni zamanda, mərhum prezident Heydər Əliyevin bundan bir qədər artıq səs toplaması gündəmdə idi. Hətta ikinci turun olacağı ilə bağlı proqnozlar var idi. Amma nəticə etibarı ilə sonucda Heydər Əliyev prezident oldu”.

 

A.Əlizadə qeyd edib ki, iqtidar və müxalifətdə təmsil olunan keçmiş AMİP-çilər kifayət qədərdir. Onun sözlərinə görə, hakim partiyada olanlar da etiraf ediblər ki, 1993-cü ildən sonra YAP-ın kadrları AMİP-çilər hesabına zənginləşib:

 

“Bu günlərdə dünyasını dəyişən keçmiş AMEA prezidenti Eldar Salayevdən başlayaraq, ölkənin bir çox ziyalıları, iş adamları, müxtəlif sahələrin mütəxəssisləri AMİP-də təmsil olunurdular. Partiyadan ayrılıb özlərinə partiya quranlar da olub. Qabil Hüseynli, Mübariz Qurbanlı, Vaqif Kərimov Demokratik İstiqlal Partiyası yaratmışdılar. Sonradan onları da YAP-a transfer etdilər. Hakim partiyada səfir vəzifəsində olan Vilayət Quliyevin adını da çəkməyi vacib sayıram. YAP-a keçərək Azərbaycan Televiziyasının başına gələn Babək Hüseynoğlunu göstərmək olar. Baş nazirin müavini Elçin Əfəndiyevi də unutmaq olmaz. AMİP-in Mərkəzi Şurasının üzvü olan Novruz Məmmədov da YAP-a keçənlərdəndir. O ölkənin baş naziri olub. Bu siyahını kifayət qədər uzada bilərik. AMİP-in vaxtilə baş katibi olmuş Elşad Musayev hazırda yaratdığı Böyük Azərbaycan Partiyasının sədridir. Eyni zamanda, sədrin beynəlxalq əlaqələr üzrə müavini olmuş İlqar Məmmədov hazırda REAL-ın rəhbəridir. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov vaxtı ilə AMİP-in Sumqayıt təşkilatına rəhbərlik edib. Vətəndaş və İnkişaf Partiyasının da adını çəkə bilərik. Sonda dediyiniz fikrə qatıldığımı söyləyirəm”.

 

Partiya sədri partiyanın məşhur şüarını önə çəkib:

 

“Biz 30 ildə bütün hədəflərimizə sadiq qalmışıq. Dövlət və milli maraqlar hər zaman öndə olub. Beynəlxalq təşkilatlarla ən geniş əlaqələri olan AMİP-dir. Daim Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlimizdən gələni etmişik. Partiyamızın qurucusu Etibar Məmmədov milli azadlıq hərəkatının şərhsiz liderlərindən biri olub. Əsas hədəfimiz demokratik Azərbaycanın qurulmasıdır. Azad və ədalətli seçkilərin keçirilməsi bəlkə də hədəflərimiz sırasında birincidir. Vətəndaşı güclü olan dövlət hər zaman güclüdür. Regionda Azərbaycanın güc olması hədəflərimiz sırasındadır. Bu məsələdə dövlətin yanındayıq. Ölkəmiz türk dünyasında əsas söz sahiblərindən biri olmalıdır”.

 

Versus.az olaraq AMİP-i 30 yaşı münasibəti ilə təbrik edir, uğurlar arzulayırıq.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

Səbəb birbaşa immun sisteminin aşağı düşməsidir - MÜSAHİBƏ

Bayrağımız Londonda yenidən DALĞALANIR

Londondakı hadisə ilə bağlı BƏYANAT

Şəhid ailələri, I Qarabağ müharibəsi iştirakçıları Prezidentə dedilər ki...

Azərbaycanlı dindarlardan Londondakı hadisəyə CAVAB

Akvariumlu kompüter korpusu

40 il əvvəl baş tutmayan SƏRGİ

İnfeksionistdən XƏBƏRDARLIQ

"İblisin kitabı" - QORXULU SERİAL

Məktəbəhazırlıq qruplarına qeydiyyat BAŞLAYIB

“Mehdinin xidmətçiləri” kimdir?

"Vətəndən ötrü ölməyin ayrı dadı var"

Ramiz Mehdiyev bu filmin çəkilişinə İCAZƏ VERMƏYİB