Şəhid zabit Ramiq Mikayılovun anası ilə görüş

16:00 01-07-2022 | icon 402 | Şəhidlər və şahidlər
Şəhid zabit Ramiq Mikayılovun anası ilə görüş

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan bayrağı” ordenli şəhid zabit Ramiq Mikayılovun anası Gülgəz xanım Mikayılova ilə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, Milli Məclisdə vətəndaş qəbulu günündə baş tutan görüşdə, şəhid ailəsinin qayğıları, ananın ürək sözləri dinlənilib.
 
 
Q.Paşayeva Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən Millət vəkilləri, məmurlar üçün örnək olduğunu vurğulayaraq, şəhid anaları ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhid zabitin əziz ruhuna dərin ehtiramını bildirib.
 
 
Q.Paşayeva şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
 
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Ramiq Namiq oğlu Mikayılov (25.01.1993, Ovçulu, Şamaxı – 30.09.2020, Xocavənd rayonu) 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə C.Naxçı­vanski adına Hərbi Liseydə təhsil alıb. O, ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universiteti tabeliyində olan H.Əliyev adına Hərbi İnstitutda) alıb. Şəhid zabitimiz ailəli idi, bir oğlu yadigar qalıb.
 
 
2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən Ramiq Mikayılov, Vətən müharibəsi zamanı döyüşlərdə fədakarlıqla iştirak edib, Xocavənd döyüşləri zamanı şəhid olub. Şəhid baş leytenant doğma kəndində torpağa tapşırılıb.
 
 
15.07.2014-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, 26.06.2018-ci ildə isə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunmuş Ramiq Mikayılov, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhid zabit həmçinin “Vətən uğrunda” (15.12.2020), “Xo­cavəndin azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif olunub.
 
Ruhu şad olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?