Deputatdan Qarabağda Antiterror əməliyyatına ÇAĞIRIŞ

12:23 06-07-2022 | icon 523 | Siyasət
Deputatdan Qarabağda Antiterror əməliyyatına ÇAĞIRIŞ

Elman Məmmədov: “Ermənistanın qulağından tutub o donuz başını stola vuran yoxdur ki...”

 

44 günlük savaşda məğlub olan Ermənistan və çarəsiz havadarları Qarabağda yeni oyunlar qururlar. Post-müharibə dövründə dağıdılmış ərazilərin bərpası ilə məşğul olan Azərbaycan dövləti, cəmiyyəti, bir də erməni separatçılarınn rus sülhməramlılarının iştirakı ilə çıxardığı oyunları da sıfırlamalıdır. Artıq Qarabağda həddini aşan Rus sülhməramlıları bir-birinin ardınca ermniməramlı fəaliyyəti ilə diqqət çəkir. Sülhməramlılar indi də separatçıları Xocalıda layihələr həyata keçirmək üçün müşaiyət edir.

 

Azərbaycan tərəfi hansı addımlar atmalı və bu erməni hyasızlığına nə vaxta qədər dözməlidir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Xocalıdan olan deputat Elman Məmmədov sərt mövqe sərgiləməklə, mövcud vəziyyəti dəyərləndirib.

 

- Elman müəllim, bu günlər Xocalı erməni separatçılarının suvarma meydanına çebrilib. Xəbərlərə görə, Qarabağda Rusiya hərbçilərinin himayəsində bəslənən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan Xocalı rayonunun "Dəhrav" adlandırılmış Dəhrəz kəndi ərazisinə  baş çəkib və qanunsuz layihəsinin icrası ilə tanış olub. Sonra Qarakötük kəndi yaxınlığında yeni istifadəyə verilmiş "İlis" su anbarına, "Sovetarx" suvarma sisteminin tikintisi ilə bağlı bir sıra yerlərə baş çəkib. Separatçı rejim başçısı “Qarabağı ermənilərinki kimi saxlamaq üçün” bundan sonra da "irimiqyaslı layihələr haqqında danışmağa davam edəcəyinə söz verib". Biz erməni separatçılarının çıxarılmasını gözlədiyimiz halda, ermənilər suvarma işləri ilə Xocalıda nəyə nail olmağa çalışır?

 

- Burda gizli heç nə yoxdur, açıq -aşkar ortada olan məsələdir. Bu gün sülhməramlı kimi Qarabağda olan Rusiya Hərbi Kontingentinə heç kəs o adı verməyib. Onlar özləri özlərinə “sülhməramlı” deyir. Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərinə daxil olmasının məqsədi elə gəldiyi gündən aydın olub. Onların məqsədi Azərbaycanın Qarabağ ərazisində 1991-ci ilin sentyabrında yaradılmış cinayətkar, separatçı, terrorçu  “Artsax-Dağlıq Qarabağ” adlanan qurumu himayə eliyib saxlamaqdan ibarətdir. Onlar Azərbaycan ərazilərinə daxil olduqları ilk andan nə üçün gəldikləri bəllli olub. Onlar Azərbaycan ərazisində qalan erməni separatçılarını, terrorçularını qorumağa gəliblər. “Artsax” adlanan o qondarma qurumu müdafiə eliyib  silahlı qüvvələrini təmin eləməyə çalışıblar. Gəldikləri gündən bu günə kimi də öhtələrinə götürdükləri hər vəzifəni yüksək səviyyədə icra edirlər. Yəni “sülhməramlıların” Qarabağa gəlmə məqsədi 2020-ci il tarixində Rusiya, Azərbaycan, Ermənistan rəsmilərinin imzaladığı 10 noyabr sazişində tamamilə başqa cür göstərilib.  Amma gəldikləri gündən məlum oldu ki, onlar sənəddə göstərilən bəndlərin icraası ilə məşğul deyillər. Onlar Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə, Azərbaycan qanunlarını pozmağa, Azərbaycan ərazilərində uun illər kök salmış separatçıları, qeyri-qanuni ehrməni hərbi birləşmələri qorumaq üçün gəliblər. Baxmayaraq ki, Azərbaycan dövlətinin rəhbərliyi  sühməramlıların özbaşına davranışlarına qəti etiraz edir, amma yenə də yanlış hərəkətlərini davam etdirirlər. Sülhməramlılar üçtərəfli sazişə əsasən ölkə daxilinə daxl olan kimi  erməni silahlıları ərazidən çıxarılmalı idi. Amma nəinki, silahlılar ərazidən çıxarılır, əksinə onlara müxtəlif səpkili dəstəklərin verildiyini müşahidə edirik. Bu gün də müşahidə edirik ki, sülhməramlılar həmin Araik Arutinyan kimi cinayətkarlarla əl bir olub onları himayə edir, təhlükəsizliyini təmin edir, onları silahlandırıb, bütün təminatları ilə məşğul olmaqla məşğuldur. Sizin adını çəkdiyiniz Dəhraz, Qarakötük kəndləri Xocalı rayonunun kəndləridir. Mən o kəndlərin hamısın qarış-qarış tanıyıram. Ermənilərin o vəsaiti yoxdur ki, orda nə isə iş görsünlər. kəndlər salsınlar, su ambarları tiksinlər. Bütün bu işləri rus sülhməramlıları onlar üçün görür. Bu birbaşa Azərbaycan qanunlarına qarşı hərəkətdir. birbaşa Azərbaycan ərazi bütövlüyünə qarşı hörmətsizlik, açıq-aşkar qanunlarımıza qarşı meydan sulamaqdır.  Ona görə də Azərbaycan separatçı, cinayətkar qurumu məhv etmək, ərazisindən çıxarmaq, cinayətkarları cəzalandırmaq üçün gecikmədən tədbirlər görməlidir. Təmizlənmə üçün antiterror əməliyyatlarına başlanmalıdır. Onunla bərabər onları himayə edən, onlarla həmrəy olan onlarla birikdə fəaliyyət göstərən Rusiya hərbi kontingentinin də Azərbaycan ərazisindən çıxarılmas tələbi qoyulmalıdır. Çünki rus hərbi kontingentinin Azərbaaycana daxil olması məqsədlərinin əsas şərtləri icra olunmur. Sırf Azərbaycan qanunlarına qarşı çıxış etməklə məşğuldur, sırf erməni separatçı, terrorçu cinayətkarları ilə əlbir fəaliyyət göstərib. Onları müdafiə eəməklə məşğuldurlar.

 

- Təbii ki, erməni cinayətkarlarının, separatçılarının Xocalıda “Artsaxda 100 ev” sərsəm layihələr işləməsi həm xocalıları, eləcə də azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olur. Sual yaranır: Xocalıda soyqırım törədən erməni cinayətkarları bununla nəyə nail olmağa çalışırlar?

 

- Unutmayaq ki, 1992-ci ildə Xocalıda soyqırımı 366-cı notaatıcı alay törətmişdi. İndi özünü sülhməramlı adlandıran bu hərbi kontingent də artıq “367” alay rolunu oynayır və gəlib Xocalıda kilsə tikdirir. Üstəlik dədə-babalarının heykllərini qoydular, ordan -burdan qaçıb gələn erməniləri tutub gətirib Xocalı ərazisində evlər tikib onları ora yerləşdirirlər. buna görə də bunların sülhməramlılığı çönüb olub “erməni məramlılığı” olub. Ona görə də mən bir qədər əvvəl dediyim işlər həyata keçirilməlidir. Yaxşı həmin o sülhməramlıların məxsus olduğu Rusiya özü razı olar ki, onun ərazisində tanınmamış separatçı qurum, cinaytkar dəstələr mövcud olsun. Və yaxud ərazisində 30 il müddət ərzində fəaliyyət göstərsin. Təbii ki, dözməz. Biz gördük ki, Şimali Qafqazda minlərlə insanın qırılmasını gördük. Rusiya onun adını belə qoydu ki, antiteror əməliyyatları keçirdir. Biz həqiqətən də torpaqlarımızda işğal siyasəti yürüdən Ermənistan silahlı qüvvələrinə qaşı beynəlxalq hüquqa, öz konstitusiyamıza əsaslanıb ərazilərimizi terrorçulardan təmizləmək üçün tədbirlər həyata keçirtməliyik.

Bəli, belə xəbərlər ictimaiyyətdə narahatçılıqlar yaradır. Ancaq mən tam əminliklə deyirəm ki, 44 gün ərzində ərazilərimizi düşməndən təmizləyib qələbə çalan Azərbaycan ordusu az miqdarda almış erməni tör-töküntülərini çox qısa müddətdə yox etmıyə qadirdir. Bizim ərazilərimizin 20 faizi  işğal olunmuşdu. Bu gün təxminən 3 min kvadrat kilometrə yaxın, çox az bir hissədə separatçılar qalır. Yaxın zamanlarda onlar da axırıncı nəfərinə kimi  Azərbaycan ərazilərindən təmizlənəcəkdir. Sadəcə olaraq cənab Prezidentimiz bunu bu yaxınlarda keçirilən Qoşulmama Hərəkatınn tədbirdə də dedi, ondan əvəlki çıxışlarında da bəyan etmişdi. Prezident bildirmişdi ki, biz yenidən müharaibənin alovlanmasının tərəfdarı deyilik. Biz istəyirik ki, mühribə qurtarandan sonra imzalanmış üçtərəfli sənədlər əsasında, həm Avropa İttifaqı müstəvsində keçirilmiş görüşlərdə qəbul olunmuş qərarlar slh yolu ilə öz həllini tapsın. Amma görünür ki, Ermənistan öhtəliklərə əməl etmək istəmir. Düşnürəm ki, Rusiya sülhməramlılarının iştirakı ilə davam edən erməni fironluğu uzun çəkməyəcək. Cənab Prezident, Ali Baş Komandanımızın rəhbərliyi ilə işlər görüləcək və ərazilərimiz bu separatçılardan təmizlənəcək. Azərbaycan ordusu özünün mövcud olan gücündən istifadə eliyib əraziləri separatçlardan təmizləyəcək. 

 

- Elman müəllim, elə bu günlərdə erməni mediası xəbər yaydı ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə səfər edib, orada özünü “Dağlıq Qarabağın xarici işlər naziri” adlandıran Babayanla görüşlər keçirib və daha nələr. Əlbəttə ki, sual olunur: erməni diasporunun nümayəndələri Laçın dəhlizindən necə keçiblər və niyə keçməlidirlər?

 

- Bir qədər əvvəl də qeyd etdim ki, Rusiya hərbi kontingenti Azərbaycan ərazilərinə daxil olduğu gündən Azərbaycan qanunlarını pozmaqla məşğuldur. Onlar “Laçın” dəhlizində hərəkətin təhlükəsizliyinə təminat vermək vəzifəsini icra etməlidirlər. Azərbaycanın sərhədçisi vəzifəsi onlara həvalə olunmayıb. Onlar Ermənistanın sərhədçiləri olublar və bu gün də sərhədlərini Rusiya əsgərləri qoruyurlar. Ancaq Azərbayanın sərhəddini öz sərhədçisi qorumalıdır. Həmin “Laçın dhlizi” deyilən yerdə də birincisi Azərbaycan sərhəd buraxılış məntəqəsi olmalıdır və Azərbaycan sərhədçisi orda dayanmalıdır. İkincisi, əgər müharibənin qurtarmasndan 2 ilə yaxın vaxt keçirsə və bu günə qədər Zəngəzur dəhlizi yoxdursa, niyə Laçın dəhlizi  olmalıdır. Birdəfəlik bu şərti qoyub Laçın dəhlizini bağlamaq səlahiyyətinə malikik. O şərti bağlamalıyıq ki, nə vaxt Zəngəzur dəhlizi olsa, onda da Laçın dəhlizi olacaq. Xarici ölkə nümayəndələrinin Rusiya sülhməramlılarınn icazəsi, müşayəti ilə Qarabağa girişi birinci dəfə deyil. Bu Azərbaycan ərazi bütövlüyünün kobud surətdə pozulması deməkdir. ABŞ, Rusiya, Fransanın nə deməsinin bizim üçün o qədər də əhəmiyyəti olmamalıdır. Onlara bir sualla müraciət eləmək olar: siz belə demokratiyadan, hüquqdan, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığından, sərhədlərin toxunulmazlığından danışırsınızsa niyə bu qanunları özünüz pozursunuz... Siz özünüz razı olarsınızmı ki, sizin ərazilərinizdə tanınmamış separatçı qurum fəaliyyət göstərsin?! Təbii ki, onların bu sala cavabı yoxdur. O zaman niyə bu vəziyyəti bizə rəva görürsünüz?!

Burda sadə bir məntiq var: əgər Ermənistan və himayədarları Azərbaycan ərazisində kompakt yaşayan, hardasa 25-30 min erməninin Ermənistanla təhlükəsizlik hərəkətinin təmin olunması üçün canfəşanlıq edir və buna şərait yaradılmasını tələb edirlərsə, onda yarım milyana qədər Naxçıvan əhalisinin Azərbaycanla quru yol birbaşa əlaqəsinin yaradılması üçün niyə narahat olmurlar. Demək, bu 20 min erməninin qayğısına qalıb onların Laçın dəhlizi ilə rahat gedişini-gəlişini təmin etmək olar, amma Azərbaycan öz ərazilərində Zəngəzur dəhlizi ilə hərəkət edə bilməzlər?! Bu hansı kitabda, hansı qanunda yazılıb. Buna görə də birmənalı olaraq, qəti mövqe ortaya qoyulmalıdır ki, Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq. 

 

- Elman müəllim, bu günlərdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Zəngəzur Dəhlizinin açılmasını, sərhədlərin müəyyənləşməsini, kommunikasiyaların açılmasın və münasibətlərin normallaşması zərurətini qeyd edib və bölgəyə sülhün gətirilməsinin vacibliyini elan edib.  Eyni münasibət Aİ-nin prezidenti Şarl Mişel tərəfindən sərgilənib. Bir dərəfdən də Minsk Qrupunun üzvü olmayan Almaniya və ABŞ ATƏT-i Minsk Qrupu çərçivəsində “münaqişənin" tənzimlənməsinin vacibliyini deyib. Bir sözlə, beynəlxalq aləmin Azərbaycanın haqlı savaşı ilə bağlı hazırki mövqeyi nədir?

 

- Fərqli münasibətlər olacaq. Dünya nizamında belə münasibətlər olub. O münasibətləri sərgiləyənlər də vəziyyəti normallaşdırmaq üçün yox, aranı qarışdırmaq üçün edirlər. 

Digər tərəfdən, belə bir vəziyyət yaranıb. Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb. Hmin o ATƏT-in Minsk Qrupu, BMT-də dediyiniz Almaniya və digər Avropa dövlətləri də yalnız bu fikirləri səsləndirirdilər- “işğala son qoymaq lazımdır, Ermənistan işğal edilmiş əraziləri təmizləməlidir”. Amma erməni işğalçıları Azərbayan ərazilərindən çıxdımı, yox. Yəni bu söz, fikir deyilirdi, ancaq bir əməl, qəti bir hərəkət yox idi. Axırda Azərbaycan Ordusu bunların 30 ildə edə bilmədiyini 44 gün ərzində etdi. İndi də müharibədən sonra belə oyunlar başlayıb. Moskva bir tərəfdən,  Qərb, Amerika bir tərəfdən. Hə, arada Ermənistana məsləhət görülür ki, sərhədlərin delimitasiyası, demorkasiyası olsun, sülh sazişi imzalansın, Zəngəzur dəhlizi açlsın kimi məsləhətlər verirlər. Ancaq Ermənistanın qulağından tutub, donuz başını stola vuran yoxdur ki, sən bunu etməlisən!.. Görünür yenə də Azərbaycan əsgəri qulağından tutub, onun donuz başını dəmir yumruğunu daşa vuraacaq.  Yəni söz deyən, münasibət bildirən çoxdur, Ancaq erməni qammazlarını belə rahatlıqla başa salmaq çətindir. Çünki erməni sözü ilə sülh sözü bir-biri ilə 180 dərəcə əks qütblərdə dayanır. Onlar elə-belə asanlıqla qanan şey deyillər.Onları başa salmaq üçün Azərbaycan əsgəri yumruöu onların başına vurmalıdır.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”