14 mindən çox insanı gün vurdu

08:35 06-07-2022 | icon 675 | Dünya
14 mindən çox insanı gün vurdu

Son həftə ərzində Yaponiyada ən azı 14 300 nəfər gün vurması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Bu barədə çərşənbə axşamı ölkənin Fövqəladə Hallar Nazirliyinin funksiyalarını yerinə yetirən yanğından mühafizə baş idarəsi məlumat yayıb.

 

Məlumata görə, cəmi bir həftə ərzində gün vurmaya görə xəstəxanaya yerləşdirilənlərin sayı 3,2 dəfə artıb ki, bu da müvafiq statistikanın aparıldığı bütün zamanlar üçün mütləq rekorddur.

 

Qeyd edək ki, Yaponiyada ötən həftə son 150 ilin rekord istiləri müşahidə olunub. Tokioda orta sutkalıq temperatur 32 dərəcəni keçib. Ölkənin bəzi bölgələrində termometrlər 40 dərəcədən yuxarı qalxıb.

 

Ölkədə ən isti hava adətən iyul və avqust aylarına təsadüf edir. Yerli hakimiyyət orqanları ictimaiyyəti papaq taxmağa, daha çox maye içməyə və günəş şüalarından qorunmağa çağırır. /TASS/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...