Özbəkistana atılan 5 raket və...
Turan Rzayev: "Özbəkistan bu səlahiyyəti qaraqalpaqlardan bu tezlikdə ala bilməyəcək"
Özbəkistan XİN-nin məlumatına görə, ölkənin sərhədinə 5 raket atılıb. Nazirliyin məlumatında mərmilərin Əfqanıstan tərəfdən gəldiyi ehtimal edildiyi vurğulanır. “Sputnik Tacikistan”ın Əfqanıstanın Bəlx vilayətindəki mənbəsinin məlumatına görə isə raket hücumu Şurtep rayonunun Tokay kəndindən edilib.
Bu istiqamətdə Versus.az-a şərh verən politoloq Turan Rzayev bildirib ki, Özbəkistan sərhədində bu tip insidentlər tez-tez baş verir. Lakin budəfəki hadisə heç də əvvəlkilər kimi sadə deyil və pərdəarxası məqamları var.
Atılan mərmilərdən birinin həmin ərazidəki futbol meydançasına, digərinin isə yaşayış məntəqələrindən kənara düşdüyünü qeyd edən politoloq, məqsədin heç də terror aktı törətmək olduğunu düşünmür. Onun fikrincə, hadisə ilə bağlı hələlik heç bir radikal qruplaşma məsuliyyəti öz üzərinə götürməməyi də bu, hadisənin terror aktı olmadığını sübut edir:
"Əfqanıstan tərəfi hadisənin təfərrüatlarını araşdırsa da, verilən ilkin məlumatda deyilir ki, “naməlum şəxslər "Suzuki" markalı avtomobilə raketlər quraşdıraraq Özbəkistan tərəfə atıblar. Hadisədən sonra maşının tamamilə yanması və hadisə iştirakçılarının ərazini tərk etməsi də bunun sadə bir hadisə olmadığını göstərir. Açıq görünür ki, hadisəni törədənlər arxalarında iz qoymaq istəmir".
T.Rzayev qeyd edib ki, hadisənin baş verdiyi gün Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan lideri Şövkət Mirziyayev arasında telefon danışığının baş tutması da diqqət çəkir:
"Dövlət başçıları aktual məsələləri, o cümlədən ticari-iqtisadi əməkdaşlığı müzakirə edib. Bundan başqa, Putin Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib. Putinin Mirziyayevə Qaraqalpaqdakı vəziyyətlə bağlı zəng edəcəyi bəlli idi. Bu isə özlüyündə proseslərin Kremlin hazırladığı plan əsasında icra edildiyini sübut edir. Birincisi, Özbəkistan sərhədinə atılan 5 raket və hadisə iştirakçılarının arxalarında iz buraxmaması bu hadisənin Qaraqalpaqsıtanda baş verən hadisələr fonunda baş verməsi və nəhayət Putinin Mirziyayevə zəngi hadisənin Rusiya tərəfindən törədildiyini düşünmək üçün əsaslar yaradır. İkincisi, Kreml bununla rəsmi Daşkəndə bir müddətdir rus mediasında səslənən yazılarda “Qaraqalpaqsıtan “Özbəkistanın Krımı”” ifadəsini xatırladıb. Yəni Rusiya Krımı ilhaq etdiyi kimi Qaraqalpaqsıtanı da ilhaq edə biləcəyi mesajını vermiş oldu. Prinsip etibarilə, Özbəkistan konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyəti öz əksini tapıb və son hadisələr də göstərdi ki, Özbəkistan bu səlahiyyəti qaraqalpaqlardan bu tezlikdə ala bilməyəcək".
Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə yanaşı, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub:
"Tərəflər bir çox məsələlər ətrafında danışsa da Ərdoğanın Mirziyayevi təmkinli davranmağa, Kremllə üz-üzə gəlməməklə bağlı məsləhət verməsi də mümkündür. Aydındır ki, Özbəkistan Qaraqalpaq məsələsini uzatsaydı, Rusiya prosesə daha radikal formada müdaxilə edər, Ukraynadakı ssenari etnik konflikt halında Özbəkistanda cərəyan edərdi. Aydın məsələdir ki, qaraqalpaqlarda məmnuniyyətlə rusları regiona dəvət edərdi. Bu isə türk birliyində çalışan Türkiyə üçün heç də arzuolunan ssenari deyil".
LƏMAN
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"