Müsahibələrin nəticələri açıqlandı

13:12 16-01-2019 | icon 432 | Gündəm
Müsahibələrin nəticələri açıqlandı

 

01 noyabr 2018-ci il tarixdə verilmiş elan üzrə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələr başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumata görə, elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini və Nazirliyin Aparatında şöbə müdiri vəzifələri olub.

 

Müsahibələrdə iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydiyyatdan keçmiş 119 namizəddən 38 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 65 namizəd lazımi keçid balını toplaya bilməyib, 6 namizəd müsahibədə iştirak etməyib, 10 namizəd isə müsahibədə iştirak etməkdən imtina edib. Maliyyə Nazirliyi üzrə qeydiyyatdan keçmiş 2 namizəd müsahibə nəticəsində uğur qazanmayıb.

 

Ümumilikdə, müsahibəyə çıxarılmış 93 vakant vəzifənin 1-i 3-cü təsnifata, 4-ü 4-cü təsnifata, 20-si isə 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 21-i 7-ci təsnifata aid olmaqla, 1-i AA, 15-i AB, 61-i AC, 9-u BA, 7-si isə BB vəzifə qrupuna aiddir.

Müvəffəqiyyət göstəricisi əsasən qadınlarda 25-30, kişilərdə isə 30-40 yaş aralığında müşahidə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin