Meymunçiçəyi ilə bağlı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyilə bağlı son məlumatları paylaşıb. Təşkilatdan bildirilib ki, artıq dünya üzrə virusa yoluxanların sayı 10 minə yaxınlaşıb.
Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında xəstəliklə bağlı son vəziyyəti dəyərləndirib.
O, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə yayıldığını deyib. Qebreyesus rəhbərlik etdiyi təşkilatın meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da açıqlayıb.
Qeyd edək ki, bu günə qədər virusdan 3 nəfər ölüb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"