"Özlərini nəinki Azərbaycanda, dünyada da biabır ediblər" - İDDİA

10:09 13-07-2022 | icon 606 | Siyasət
"Özlərini nəinki Azərbaycanda, dünyada da biabır ediblər" - İDDİA

Nizami Verdiyev: "“Milli Şura”nı hansı ölkə yaradıb, bəllidir"

 

“İlham Əliyevin heç bir təbliğata, kampaniyaya ehtiyacı yoxdur. İlham Əliyev 5 il ərzində Azərbaycanı qarışbaqarış gəzib. O, həyata keçirdiyi quruculuq fəaliyyəti ilə özünün qələbəsinə ən böyük təminatı qazanıb. Mən bunu cəsarətlə deyirəm”.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev vaxtilə prezident İlham Əliyevin əsas təbliğatçılarından biri olan Gültəkin Hacıbəylinin bu fikirlərini xatırlatmaqla onun ikiüzlü siyasətçi olduğunu vurğulayıb:

 

 

"Bu sözlərin müəllifi hamının tanıdığı, “radikal” Gültəkin Hacıbəylidir. İndi xalq bu “radikal” xanıma necə və hansı sözlərə inansın? Bəlkə sabah bu “radikal” libasını da dəyişdi?”.

 

Nizami Verdiyev qeyd edib ki, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərin gələcəyi yoxdur:

 

“Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin fəaliyətləri göz qabağındadır. Təmsil etdiyi komandalara satqınlıq ediblər. Cəmil Həsənli hətta bunu iki dəfə edib. Səni “cəbhədən” qovduran adamla, necə yenidən bir yerdə ola bilirsən? Bəlkə hakimiyyətdən belə tapşırıq almısan?” 

Sevinc Osmanqızı “mən heç kimi təhqir etmirəm, verlişlərimdə söyüş söymürəm” deyir. Bəli, Sevinc Osmanqızı özü söyüş söymür, o, “milli şura” üzvlərinə tapşırıq verir ki, “söyün, təhqir edin. Aldığım qrantlardan sizə də nesə ataram”. Bunlarda öz səviyyələrinə uyğun hərəkət edilər. Azərbaycanın əldə olunan uğurlarına sevinmək əvəzinə, erməilərlə əlbir olular, Azərbaycan xalqını təhqir edilər. Gültəkin Hacıbəylinin Şuşanın işğaldan azad edildiyi gün və Qələbə Günündə küçələrə axışan insanları “trol” adlandırması nəyin ifadəsidir?”

 

ALDP rəsmisinin sözlərinə görə, Cəmil Həsənli ilə Gültəkin Hacıbəyli kimilər özlərini təkçə Azərbaycanda yox, dünyada da biabır ediblər:

 

““Radikal” Gültəkin və “milli şura” 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar. İndi isə Rusiya Prezidentinin ünvanına “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr işlədilər. Dünya siyasətini müəyyənləşdirən ölkələr çox yaxşı bilirlər ki, “milli şura”nı hansı ölkə yaradıb. 2013-cu ildə yazdığınız məktubdan da xəbərdardılar. İndi siz “demokrat” libasını geyinməklə deyil”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI