Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 405 yanğına çıxış, 34 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində beşi azyaşlı olmaqla 40 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib.
Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, bağlı qapı arxasında aşkar olunan 2 nəfərin və suda batan 5 nəfərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat görüntülərini təqdim edirik: