Qara dəniz qırmızıya çevrildi
Anapada Qara dəniz qırmızıya çevrilib. Bunun səbəbinin dəniz yosunları olduğu deyilir.
Bununla bağlı Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun baş elmi işçisi Filip Sapojnikov açıqlama verib.
Onun sözlərinə görə, fırtına dəniz yosunlarını çoxsaylı sapşəkilli hissəciklərə ayıraraq sahilə gətirib.
Sapojnikov qeyd edib ki, yosunlar istirahət edənlər üçün təhlükəli deyil. O, dənizin bu rəng dəyişiminin dəqiq səbəbinin isə alimlər tərəfindən “qırmızı” dəniz suyunun nümunələri sınaqdan keçirildikdən sonra müəyyən ediləcəyini bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"