Ozan Güven jurnalistlərə əsəbiləşdi
“Kameranı söndürün, kişi kimi danışaq”
Türkiyənin məşhur aktyoru Ozan Güven Bodrum tətilində sevgilisi ilə görüntülənib.
Daha əvvəl də jurnalistlərlə dəfələrlə mübahisə edən aktyor yenə sərt reaksiya verib.
Keçən il sevgilisi Deniz Bulutsuz ilə arasında yaşanan fiziki zorakılıqla gündəmdən düşməyən Ozan uzun müddət gözdən uzaq gəzdikdən sonra ötən gün Bodrumda kameralara yaxalanıb.
Ortakentdə çimərlikdə sevgilisi ilə gəzən Güvən fotolarının çəkildiyini anladıqda əsəbiləşib.
Dostunun “Ozan getmə” deməsinə baxmayaraq, aktyor jurnalistlərin yanına gəlib və “gedin buradan, insanlar narahat olur” deyib.
Jurnalistlər isə sadəcə işlərini gördüklərini və ondan başqa heç kimi çəkmədiklərini bildiriblər.
Aktyor əsəbiləşərək “kameranı söndürün, kişi kimi danışaq!”, - deyə etiraz edib. /Hürriyet/
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...