“Qarabağa - Xankəndiyə qeyri-qanuni səfərin qarşısı alınmalıdır”

12:11 18-08-2022 | icon 441 | Siyasət
“Qarabağa - Xankəndiyə qeyri-qanuni səfərin qarşısı alınmalıdır”

Rəşad Bayramov: "Azərbaycan tərəfindən indidən qəti mövqe ortaya qoyulmalıdır"

 

Xəbər verildiyi kimi, bir qrup ispaniyalı həkimin Xankəndiyə qeyri-qanuni səfəri planlaşdırılıb. İspaniyalı həkimlərin sentyabrın 19-dan 23-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə xeyriyyə kampaniyası keçirəcəkləri bildirilir.

 

Belə bir xeyriyyə tədbiri nəyə yönəlikdir və hansı siyasi, ingormatik mahiyyəti daşıyır?

 

Ümumiyyətlə, bu cür qeyri-qanuni səfərlərin qarşısı necə alınmalı və hansı addımlar atılmalıdır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Rəşad Bayramov hesab edir ki, bu cür xeyriyyə adı altında keçirilən tədbirin arxasında erməni lobbisi dayanır. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə ölkə ərazisinə səfər edən hər hansı xarici ölkə vətəndaşı yalnız icazə almaqla ölkəyə daxil ola bilər. Əgər ispaniyalı həkimlər özbaşına şəkildə Qarabağa gəlirsə, bunun məsuliyyətini anlamalıdırlar.

 

R.Bayramov bildirib ki, Azərbaycan tərəfindən indidən qəti mövqe ortaya qoyulmalıdır:

 

“Yenə də Rusiyanın sülhməramlı adlandırılan kontingentinin özbaşınalığı hesabına həmin şəxslər Ermənistan ərazisindən Qarabağa-Xankəndinə buraxılacaqlarsa birmənalı şəkildə qanunvericiliyin tələblərini pozmuş olacaqlar. Belə qeyri-qanuni səfərlərlə bağlı prezident özü də dəfələrlə Rusiya sülhməramlılarının fəaliyyətsizliyinə etirazını bildirib.  Ona görə də XİN xətii ilə Rusiya sülhməramlı kontingenti ilə danışıqlar aparılmalı və bu səfərin qarşısı alınmalıdır”.

 

Politoloq hesab edir ki, xeyriyyə adı ilə Qarabağa təşki olunan qeyri-qanuni səfərlər separatçı rejimə dəstək mahiyyəti dşıyır:

 

“Separatçı rejimin başçısı Araik Arutunyanın bir neçə gün öncə "status", “biz bu yoldan çəkilməyəcəyik", "müstəqillik" deməsi də təsadüfi deyil. Separatçıları bu cür bəyanatlar verməyə həvəsləndirən erməni lobbiləri, paralel olaraq bu cür səfərləri təşkil etməklə fikir formalaşdırırlar ki,  “müstəqilik, Azərbaycanın qanunlarını tanımayacağıq”.

 

Politoloq ona görə də hesab edir ki, o qüvvələri  indidən yerində oturtmaq lazımdır:

 

“Separatçıları və onların “xeyriyyəçilərini” Azərbaycanın qanunlarına tabe olmağa çağırmaq üçün bu məsələdə qəti mövqe nümayiş olunmalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı