İranın bu dəfə hədəfi nədir?

09:58 22-08-2022 | icon 501 | Siyasət
İranın bu dəfə hədəfi nədir?

Nizami Verdiyev: "İşğalçıya dəstək verməkdənsə, öz problemlərini həll etsin"

 

İranın ötən ilin dekabrında Ermənistanın Qafan şəhərinə (Zəngəzur vilayəti) konsul təyin etməsi planı bu günlərdə reallaşıb. İbrahim Rəisi ilə Nikol Paşinyan arasında baş tutan sonuncu telefon danışığından sonra - avqustun 11-də İran Qafanda konsulluq açdı. Özü də düz Zəngilana bitişik zonada.

 

Bəllidir ki, Azərbaycanın Ermənistan üzərində 44 günlük qələbə qazanması Tehranı narahat edib, həm də hələ də təşvişdə saxlayır. Müharibə dövründə də İranın davranışları göz qabağında olub. Amma Bakı, iki dövlət arasındakı münasibətlərə xələl gəlməsin deyə kifayət qədər səbr nümayiş etdirdi. Ancaq indi İran bütün əndazələri aşır və Azərbaycanın maraqlarına qarşı açıq addımlar atır. İranın bu dəfə hədəfi nədir?

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevin fikrincə, İran Cənubi Qafqazda Azərbaycanla bağlı siyasətində korrektələr etməlidir.

 

 

İranın Qafana konsul təyin etməsi çox ciddi səhvdir. Rəsmi Tehran bununla Azərbaycanı hədələyir. Hesab edirəm ki, Azərbaycanla hədə dilində danışmaq indi mümkün deyil. Buna cəhd edən və istəkdə olan qüvvə məğlub olacaq. O, qeyd edib ki, İran mürtəce siyasəti ilə dünyanı özünə düşmən edib:

 

“Bu gün İranın Ermənistandan başqa dostu və müttəfiqi yoxdur. Hər iki ölkə eyni məqsədə xidmət edir. Demokratiya, insan haqları, insan amili bunlar üçün arxa plandadır. Bu gün İranda 40 milyona yaxın türkün hüquqları pozulur, azadlıqları əllərindən alınıb. Erməınistanda isə bir türk belə yaşamır. Ölkənin qapıları türklərin üzünə bağlıdır. İran dünyada terror təşkilatlarını dəstəkləyən, maliyyələşdirən bir ölkədir, Ermənistan da terror siyasətini həyata keçirən ölkədir. Özünü islam ölkəsi adlandıran İran Ermənistan tərəfindən minlərlə azərbaycanlının qətliamına göz yumdu. Məscidlərimiz dağıdıldı, təhqir edildi, viranə qoyuldu, İran susdu. Səbəblər aydındır – İran heç vaxt İslam dövləti olmayıb, İslam bayrağı altında oyunlar oynayır. Gah Suriyada, gah İraqda, gah Fələstində görünür, gizlin işlər aparır. Bu ölkə heç vaxt sülhpərvər bir missiyada olmayıb. İşğalçıya dəstək verən, ona dayaq duran, onu müsəlmanların qətliamına ruhlandıran İran bir gün Allahın qəzəbinə gələcək”.

 

Nizami Verdiyev onu da vurğulayıb ki, İranın bölgədə və eyni zamanda Yaxın və Orta Şərqdə heç bir nüfuz və gücü yoxdur:

 

“Özü-özünə təskinlik verən bir ölkədir. İran Azərbaycanın hesabına ayaqüstədir. Soydaşlarımız ayağa qalxarlarsa, İran bir həftəyə çökə bilər. İran başqa ölkələri hədələməkdənsə, işğalçıya dəstək verməkdənsə, vaxtını daxili problemlərinin həllinə sərf etsin”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI