Sürücülər 800 manat CƏRİMƏ OLUNACAQ, əgər...

17:37 16-01-2019 | icon 507 | Cəmiyyət
Sürücülər 800 manat CƏRİMƏ OLUNACAQ, əgər...

 

Son günlər Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarını pozan avtomobillərlə bağlı tədbirlər görməyə başlayıb.

 

Versus.Az xəbər verir ki, agentliyin sürücüləri kütləvi şəkildə cərimələməsi bəzi şəxslərin vəziyyətdən çıxmaq üçün "yollar" axtarıb tapmasına səbəb olub. Belə ki, Bakı şəhərində bəzi hallarda sürücülər dayanma-durmanın qadağan edildiyi yerdə maşın saxlayarkən cərimələnməmək üçün nömrənin üstünü örtür, bəzi hallarda isə sürücülər avtomobilin baqajını açıq saxlayaraq kameralar vasitəsi ilə nömrənin qeydə alınmasına menaə yaradırlar.

 

Bildirilir ki, sürücülərin bu kimi hərəkətlərə yol verməsi onların dayanma-durmaya qayda pozuntusuna görə nəzərdə tutulmuş 20 manat əvəzinə daha yüksək məbləğdə cərimələnməsinə gətirib çıxara bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.9 maddəsi bu kimi hallarla bağlı böyük məbləğdə cəriməni nəzərdə tutur. Belə ki, İXM-nın qeyd edilən maddəsi əsasında nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi