Bəstəkarlar İttifaqında millət vəkili ilə görüş keçirilib

17:26 21-11-2017 | icon 607 | Mədəniyyət
Bəstəkarlar İttifaqında millət vəkili ilə görüş keçirilib

Bəstəkarlar İttifaqında millət vəkili, siyası elmlər doktoru Qənirə Paşayeva ilə görüş keçirilib. Millət vəkili Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə dəvət üçün və bu qədər dəyərli bəstəkar, ziyalı ilə görüşün təşkili üçün təşəkkürünü bildirib.

Versus.Az-ın məlumatına görə, görüşdə çıxış edən Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerinə səfər etdiyimiz zaman ilk öncə fəxrlə danışdığımız mədəniyyətimizdir. Millət vəkili qeyd edib ki, musiqimizin inkişafında xidməti olan bütün dəyərli bəstəkarların yanında olmaq, onlara dəstək göstərmək cəmiyyətimizin hər bir üzvünün ilk növbədə vətəndaşlıq borcudur. Onun sözlərinə görə, ölkəmizdə gənclərin əsl musiqiyə meylinin artması çox vacibdir və bölgələrdə musiqi məktələrinin sayı daha da artmalıdır:

“Mən iki müəllimin qızıyam. Yadımdadır, hələ ibtidai sinifdə oxuyurdum, atam məni musiqi məktəbinə piano sinifinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq o qədər də asan deyildi. Mən uzun illər keçməsinə baxmayaraq atamla anamın qonşu otaqda söhbətlərini heç unutmuram. Anam dedi ki, – “Evimizdə piano almaq üçün pul azdır və əgər piano alsaq evimizdə heç pul qalmayacaq. Qarşıdan qış gəlir, isti geyimlər almaq lazımdır, evdə az da olsa pul olmalıdır”. Atam anama dedi ki, “köhnə isti paltarlarımızı geyinərək, lazım olsa yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirəyə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək”. O piano bu gün də evimin ən əziz əşyasıdır. Çünki onun mənəvi çəkisi maddi çəkisindən min dəfələrlə daha ağırdır…

İkinci unutmadığım xatirəm isə odur ki, o zaman piano sinifləri 7 illik idi və diplom almaq üçün 7 il oxumaq lazım idi. Yuxarı siniflərə gəldiyimdə hər gün məşğələlərə gedirdim. O zamanlar tibb universitetinə öz biliyinə ilk il daxil olmaq çox çətin idi. Eyni zamanda musiqi dərslərinə də getməli idim. Bir gün atama dedim ki, əgər məsləhət olarsa musiqi məktəbinə getməyim daha. Çünki mən musiqi təhsilinin davamı üçün konservatoriyaya getməyəcəm və mənə 7 illik musiqi diplomu lazım deyil. Amma musiqi məktəbi, məktəb və bütün günü məşğələlər çox çətindir, əgər musiqi məktəbinə getmsəm, o zamanı da dərslərə ayıra bilərəm. Atamın o zaman mənə söylədiyi sözü heç unutmuram və hər zaman ailələrlə görüşdə söyləyirəm. Atam dedi: “Qızım mən sizi musiqi məktəbinə verəndə musiqiçi olun niyyəti ilə verməmişdim. O, Allahın bir vergisidir və əgər sizdə böyük musiqi istedadı olsa, onsuzda arxasınca gedəcəkdiniz. Amma mən sizi musiqi məktəbinə verəndə istədim ki, ən azı musiqinin nə olduğunu anlayasınız, biləsiniz“”.

Q.Paşayeva hesab edir ki, musiqi məktəbləri artmalıdır, ailələr uşaqlarının musiqi məktəblərinə verməlidirlər. Bu həm musiqi mədəniyyətimizin inkişafı üçün böyük istedadların daha çox ortaya çıxması, həm də musiqi zövqümüzün korlanmaması üçün lazımdır:

“Bu gün musiqidən xəbəri olmayan bəzi müğənniləri dinləyən yüzlərlə gənci görəndə çox üzülürəm. Doğrudanmı bu gənclər onların oxuduqlarını sevirlər? Biz dünya ölkələrinə çıxdığımız zaman Üzeyir bəylə, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və adlarını sadalaya biləcəyim onlarla böyük bəstəkarlarımızla fəxr edirik. Bu, gələcəkdə də davam etməlidir”.

Millət vəkili qeyd etdi ki, Bəstəkarlar İttifaqının fəaliyyəti bu istiqamətdə də önəmlidir:

“Biz hər zaman sizin yanınızdayıq. Firəngiz xanım da bizim qürur duyduğumuz bəstəkarlarımızdandır. Bir az əvvəl mənə görülən işlərlə bağlı məlumat verəndə, “İpək Yolu” layihəsi barədə danışanda çox məmnun oldum. Millət vəkili, vətəndaş olaraq bacardığımız qədər hər zaman yanınızdayıq. Məni Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilərsiniz. Sizə hər zaman böyük uğurlar arzulayıram”.

Q.Paşayeva bəstəkarları maraqlandıran sualları cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib.

Millət vəkili həmçinin İttifaqın sədri Firəngiz Əlizadə ilə də görüşüb, fikir mübadiləsi olub. Bildirib ki, İttifaqın bütün gözəl layhələrində yanlarında olacaq.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI