Rusiya, Azərbaycan və İran üçtərəfli sammiti hazırlanır

17:52 16-01-2019 | icon 565 | Geopolitika
Rusiya, Azərbaycan və İran üçtərəfli sammiti hazırlanır

 

Rusiya Azərbaycan və İranla yeni üçtərəfli sammitin hazırlanması ilə məşğuldur.

 

Versus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

S.Lavrov qeyd edib: "Sizi əmin edirəm ki, Rusiya-İran-Azərbaycan sammiti baş tutacaq".

Azərbaycanın da iştirakı ilə digər mümkün formatlara gəlincə, nazir vurğulayıb ki, bu barədə hələ danışıqlar aparılmayıb.

S.Lavrov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər dayanıqlıdır və irəliləyir:

"Bizim iqtisadi qurumlarımız da sıx əməkdaşlıq edirlər. Ötən il Prezidentlər Vladimir Putin və İlham Əliyevin himayəsi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bir çox rəsmi tədbirlər keçirilib, həmçinin Rusiyada çox populyar olan "Jara" festivalı kimi tədbirlər bizi bağlayır".

O deyib ki, bu baxımdan ötən ili olduqca müsbət qiymətləndirərdi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı