Artıq xərclərdən necə qaçmalı?

09:54 26-08-2022 | icon 492 | Təhsil
Artıq xərclərdən necə qaçmalı?

Məktəbə hazırlıqda pedaqoq tövsiyəsi

 

Yaxşı olar ki, valideynlər məktəblilər üçün qalın dəftər almaqdan imtina etsinlər, nazik dəftərlərə üstünlük versinlər.

 

Bu barədə Rusiyada Dəqiq Elmlər Məktəbinin təsisçisi, pedaqoq Mixail Yumaşev məktəbə hazırlıq zamanı artıq xərclərdən qacınmağın yollarından danışarkən bildirib.

 

O, məktəblinin universal dəstinin  - bel çantası və ya portfel, penal, mavi və rəngli qələmlər dəsti, sadə və  və rəngli karandaşlar, pozan, xətkeş, gündəlik və dəftərlər olduğunu vurğulayıb.

 

“Bahalı qələmlər və karandaşlar almağa ehtiyac yoxdu, çünki uşaqlar tez-tez onları ya itirir, ya da başqasına verirlər. Qalın dəftərlər yerinə də nazik olanların sayını artırmaq daha yaxşıdır, çünki onlar da tez-tez uşaqlar tərəfindən itirilir və ya zədələnir. Əsas büdcəni daha vacib alışlar üçün ayırın: bel çantası, tutumlu penal və rəngli karandaşlar”, - deyə Mixail Yumaşev bildirib.

 

Pedaqoq məktəb ləvazimatlarının alınmasını uşaqla müzakirə etməyi məsləhət görüb. Onun sözlərinə görə, oxumağa həvəsləndirmək üçün onun sevimli personajları ilə bəzənmiş ləvazimatlar almaq daha yaxşıdır.

 

“Sevimli cizgi filminin və ya filminin personajı olan dəftərxana ləvazimatları şagirdi dərsə həvəsləndirir, sinifdə özünə inam yaradır”.

 

Pedaqoq uşaqlarla istəklərin rasionallığını müzakirə etməyi də tövsiyə edib. O, hər valideynin üzərində uşağın sevimli qəhrəmanı olan çantaya həddindən artıq pul ödəməyə hazır olmadığını deyib.

 

“Bununla belə, kompromisə gəlmək yaxşı olar. Beləliklə, şagird alışdan razı qalacaq, ailə büdcəsinə isə çox zərər dəyməyəcək”, - deyə müəllim vurğulayıb.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol