İrsən az yaşayan insanların ömrünü uzatmağın yolları

10:18 29-08-2022 | icon 476 | Maraqlı
İrsən az yaşayan insanların ömrünü uzatmağın yolları

Alimlər irsən az yaşayan insanların ömrünü necə uzatmağın yollarını tapıblar.

 

Bu barədə San Dieqodakı (ABŞ) Kaliforniya Universitetinin tədqiqatçıları “Journal of Aging and Physical Activity” jurnalında məqalə dərc ediblərr.

 

Onlar müəyyən ediblər ki, müntəzəm fiziki fəaliyyət olmasa uzunömürlülük genlərinin heç bir xeyri olmaya bilər və əksinə, bu cür genlərə sahib olmayanlar idman etməklə daha uzun yaşaya bilərlər.

 

Əvvəlki araşdırmalardan bilinirdi ki, aşağı fiziki aktivlik və oturaq həyat tərzi ölüm riskini artırır. Ancaq uzun ömür geninin riski dəyişib-dəyişmədiyi bilinmirdi.

 

Bu məqsədlə Qadın Sağlamlığı Təşəbbüsünün Fiziki Fəaliyyət və Ürək-Damar Sağlamlığının Obyektiv Tədqiqatı (OPACH) 63 yaş və daha yuxarı yaşlı 5400-dən çox amerikalı qadınının fiziki fəaliyyətini ölçməyə başladı. İştirakçılar hərəkətdə nə qədər vaxt keçirdiklərini, fiziki fəaliyyətlərinin intensivliyini və oturarkən sərf etdikləri vaxtı ölçmək üçün yeddi günə qədər xüsusi pedometrlə gəzdilər.

 

Məlum oldu ki, uzun müddət davam edən orta və güclü məşq ölüm riskini azaldır. Oturaq həyat tərzi isə iştirakçıların yaşından və uzunömürlülük üçün genetik meylindən asılı olmayaraq ölüm riskini artırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...