Azərbaycan-Qazaxıstan münasibətləri DİQQƏTDƏ

10:39 29-08-2022 | icon 460 | Siyasət
Azərbaycan-Qazaxıstan münasibətləri DİQQƏTDƏ

Nizami Verdiyev: "Fuad Əliyevin 2008-ci ildəki təklifi 2009-2010-cu ildə həyata keçdi"

 
 
“Qazaxıstan Azərbaycan-Ermənistan sərhədlərinin pozulmaması prinsiplərinə hörmət və riayət edilməsini dəstəkləyir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

 

O, həmçinin Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji xarakter daşıdığını deyib:

 

“Azərbaycan və Qazaxıstan qütblü dünya sistemini dəstəklədiyi kimi, BTM və ATƏT kimi təşkilatların rolunun artırılmasını istəyir. Azərabaycan və Qazaxıstan imzalanan dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməyə əsasən, hər iki ölkənin suverenlik, ərazi bütövlüyü və sərhədlərin pozulmaması prinsiplərinə hörmət və riayət edilməsini  dəstəkləyir”.



Nizami Verdiyev iki ölkəni Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi olduğunu bildirib:

 

“ALDP sədri Fuad Əliyev 2008-ci ildə iştrak etdiyi prezident seçkilərində “Xəzəryanı dövlətlərin” birlik modelini təklif etmişdir. 2009-2010-cu illərdə artıq bu birliyin yaranmasına start verildi. Azərbaycan, Qazaxıstan və Rusiya ilə birgə üçtərəfli sazişlər imzalayaraq Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün birgə mövqedən çıxış etmişdi. Daha sonra, 12 avqust 2018-ci ildə beş sahilyanı dövlət arasında imzalanan “Xəzər Sazişi” buna əsaslı töhfə verib”.

 

ALDP rəsmisi əlavə edib ki, neft və neft məhsullarının Qərb bazarlarına çatdırılması hər iki dövlətin əməkdaşlıq sahəsidir:

 

“Enerji sahəsində də Azərbaycan və Qazaxıstanla uğurlu əməkdaşlığı var. Qazaxıstan BTC kəmərini dəstəklədi. BTC müqaviləsinə qoşulandan sonra Qazaxıstan nefti də, bu kəmər vasitəsilə ixrac olunmağa başladı”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol