“Çox təəssüf ki, bu cür yeni ”hüquq müdafiəçiləri" meydana çıxıblar"

12:08 29-08-2022 | icon 440 | Cəmiyyət
“Çox təəssüf ki, bu cür yeni ”hüquq müdafiəçiləri" meydana çıxıblar"

Çingiz Qənizadə: “Avropa ittifaqını ölkəmizə qarşı qoymağa çalışmaq ermənilərin marağına xidmət etməkdir"

 

Xəbər verildiyi kimi, avqustun 23-də ictimai fəal Bəxtiyar Hacıyev, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbərlə birgə Avropa İttifaqının Bakıdakı nümayəndəliyində Almaniya, Belçika və Çexiya səfirliklərinin insan haqları üzrə müşavirləri ilə görüşüb. Görüşdə Azərbaycanda insan hüquqlarını pozulmasında, işgəncələrdə xüsusi fəallıq göstərən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Avropa İttifaqı ölkələrinin viza verməkdən imtina etməsi təklif edilib.

 

Adıçıkilən hüquq-müdafiəçiləri qeyd ediblər ki, ölkələri üçün insan hüquqları əsas prioritet məsələlərdəndir. Bildirdilər ki, ölkələri bu məsələlərdə indiyədək səssiz diplomatiya yolunu seçib.

 

Hüquq müdafiəçilərinin belə bir müraciəti nəyə hesablanır

 

Versus.az xəbər verir ki, məsələ ilə bağlıaçıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə  bildirib ki, bu cür məsələləri beynəlxalq səviyyəyə qaldırmaq və dövlətimizin əleyhinə istifadə etmək yolverilməzdir. Ç.Qənizadə hüquq müdafiəçiləri arasında öz peşəsinin tələblərini doğrulda bilməyən, hüquq müdafiəçiliyi ilə siyasi mübarizəni qarışdıran şəxslərin olmasını təəssüflə qeyd edib. 

 

“Çox təəssüf ki, bu cür yeni ”hüquq müdafiəçiləri" meydana çıxıblar və dövlətimizin maraqlarını kənara qoyaraq, lazımi anlarda deyil, uyğun olmayan vaxtlarda, dövlətimiz üçün həssas olan məqamlarda Azərbaycan dövlətinin qınanması, imicinə zərbə vurulması üçün müxtəlif görüşlər keçirirlər, bəyanatlar yayırlar. Adı çəkilən şəxslərin də indiki həssas məqamda Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması adı altında Avropa İttifaqının bir neçə ölkəsinin səfirləri ilə görüş keçirib ölkəmizin bəzi vəzifəli şəxslərinə Avropa İttifaqının vizalar verməməsi tələbi ilə çıxış etməsi əslində erməni dəyirmanına su tökmək kimi bir şeydir. Biz də bilirik ki, ölkədə müəyyən problemlər var, hüquq-mühafizə orqanları ilə bağlı, ayrı-ayrı məhkəmə orqanları ilə bağlı, müxtəlif vəzifəli şəxslərlə bağlı problemlərin olduğunu inkar etmirik. Amma bu problemlərin nə zaman və hansı məkanda gündəmə gətirilməsi və tələblərin irəli sürülməsinə xüsusi diqqət ayırmaq lazımdır ki, ölkəmizin ümumi maraqlarına zərbə dəyməsin”.

 

Hüquq müdafiəçisi hesab edir ki, Avropa İttifaqının Qarabağ məsələsində Azərbaycana dəstək verdiyi bir məqamda bu qurumu ölkəmizə qarşı qoymağa çalışmaq ermənilərin marağına xidmət etməkdir, yolverilmızdir və başa düşülən deyil.

 

 

«Ermənilər hazırda dirəniş göstərərək elə bu günlərdə də Xankəndidə 100 metrlik Rusiya bayrağını nümayiş etdirərək kömək umduqları bir zamanda Azərbaycanın vətəndaşı olub özünü hüquq müdafiəçisi kimi təqdim edən bəzi şəxslər Avropa İttifaqından Azərbaycana qarşı addımlar atılmasını tələb edirlər. Mən bu hərəkətə təəssüf edirəm. Mən bilmirəm bu “Müdafiə xətti” nədir, kimdir, nədən müdafiə olunurlar? Ölkədə insan hüquq və azadlıqlarının pozulması halları olanda biz hüquq müdafiəçiləri olaraq faktlarla bağlı məlumatı hüquq-mühafizə orqanları, müvafiq vəzifəli şəxslərə dərhal çatdırırıq və məsələnin yerində həll olunmasına çalışırıq. Amma bu cür məsələləri beynəlxalq səviyyəyə qaldırmaq və dövlətimizin əleyhinə istifadə etmək yolverilməzdir".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”