"...bu növbəti hərbi əməliyyatlara rəvac verəcək"

13:09 27-08-2022 | icon 388 | Geopolitika
"...bu növbəti hərbi əməliyyatlara rəvac verəcək"

 

“Azərbaycanın bundan sonra 25 il gözləməyə nə vaxtı, nə də istəyi yoxdur. Ermənistan öz öhtəliklərini yerinə yetirmədiyi təqdirdə növbəti mərhələdə antiterror əməliyyatlarının şahidi olacağıq”.

 

 

Versus.az xəbər verir ki, bunu  politoloq Rəşad Bayramov Ordumuzun Laçın şəhərinə daxil olması, ermənilərin İrəvanda rus bayaraqları ilə etiraz aksiyaları keçirməsi və rus sülhməramlı generalının separatçılarla II görüşündə Laçında çəkilən alternativ yola “dəhliz statusu” veriləcəyi ilə bağlı şərhində bildirib.

 

Politoloq indiyə qədər Rusiya sülhməramlılarının nəzarət zonasına daxil olan Zabux, Sus kəndlərinin də ordumuzun nəzarəti altına keçməsini sevindirici  hal kimi dəyərləndirib.

 

O, bildirib ki, Ermənistanda Rusiya bayraqları ilə keçirilən etiraz aksiyaları sülhməramlılara qarşı artan narazılığın fonunda keçirilib. 

 

“Antirusiya mövqeyi ilə keçirilən aksiyalar təkcə Ermənistanın özündə deyil, eləcə də ayrı-ayrı ölkələrdə olan erməni lobbisi tərəfindən də təşkil olunur. İddia ondan ibarətdir ki, Rusiya sülhməramlıları “Dağlıq Qarabağ” ərazisində yerləşən ermənilərin təhlükəsizliyini təmin etmək iqtidarında deyil və rus sülhməramlıları Fransa sülhməramlıları ilə əvəz olunmalıdır.Ona görə də Rusiya Xankəndində baş verən aksiyanı özü planlaşdırdı və Qarabağda yaşayan ermənilərlə, digər ölkələrdə yaşayan ermənilərin üz-üzə durmasını nümayiş etdirdi. Dolayısı ilə nümayiş edildi ki, Azərbaycan ərazisində yaşayan ermənilər nə Ermənistanda, nə də digər xarici ölkələrdə yaşayan erməni lobbisinin dediklərini təkrarlamır”.

 

Politoloq hesab edir ki, bu gün Laçında alternativ yola  keçidin təmin olunması Azərbaycana bir çox üstünlüklər verir.

 

“Birincisi, Laçın şəhəri nəzarətimizə keçir; ikincisi, “Laçın dəhlizi” ilə hazırda Rusiyanın alternativ yola keçəcəyi dəhliz arasında fərqlər var. Fərq ondan ibarətdir ki, həmin o alternativ yol bugünkü Laçın dəhlizinə nisbətdə daha yaxşı müşahidə olunur.  Yəni yeni yolun ətrafında olan yüksəkliklər  Azərbaycan Ordusunun nəzarətindədir və bu da həmin yolu təkcə dronlarla deyil, vizual olaraq daha müşahidə etmək imkanı verir.   Digər tərəfdən, həmin ərazi atəş mövqeyi kimi daha əlverişlidir. Belə ki, Qarabağdakı separatçılar, yaxud Ermənistandakı revanşist qüvvələr bizim ərazilərdə təxribat törədəcəyi halda oradakı obyekti məhv etmək daha asan olacaq”.

 

Politoloq hesab edir ki, Rusiya sülhməramlı generalının yeni yolun indiki “Laçın dəhlizi” ilə eyni statusu daşıyacağı ilə bağlı çıxışlarında qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, üçtərəfli sazişin 6-cı bəndinə görə tərəflərin razılığında “Ermənistanla əlaqəni təmin edən yeni hərəkət marşrutu”ndan söhbət gedirdi. Yeni yol, Laçın dəhlizinin yeni hərəkət marşrutudur.

 

“Ermənistan üçtərəfli sazişə əsasən üzərinə götürdüyü öhtəliklərdən, yəni Naxçıvanla əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılmasından imtina edəcəksə, o zaman Azərbaycan müvafiq olaraq Rusiya sülhməramlılarının nəzarətində olan alternativ yolun bağlanmasına qərar verə bilər. İndiki halda alternativ yol elə Laçın dəhlizi ilə eyni status daşıyır”. 

 

R.Bayramov bildirib ki, bögədə vəziyyətin bundan sonrakı inkişafı Ermənistan, Rusiya, Avropa İttifaqının fəaliyyətindən asılı olacaq. Onun fikrincə, tərəflər Ermənistandan ərazlərimizdən erməni hərbi birləşmələrinin çıxarılması, dəhlizin açılması və digər öhtəliklərin yerinə yetirilməsini tələb edib ona təzyir ediləcəksə, nəticə etibarilə sülh sazişi imzalanacaq. Yox əgər  Rusiya, Avropa İttifaqı təzyiq vasitələrindən istifadə etməyib prosesin uzanmasına şərait yaradacaqsa bu növbəti hərbi əməliyyatlara rəvac verəcək.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI