"Ermənilər üçün xüsusi yolun qalmasının  heç bir izahı yoxdur"

15:17 26-08-2022 | icon 451 | Geopolitika
"Ermənilər üçün xüsusi yolun qalmasının  heç bir izahı yoxdur"

 

 

 

Xəbər verildiyi kimi avqustun 25-də Xankəndindəki qondarma “5 parlament fraksiyasının” rəhbəri sülhməramlıların komandanı general Aleksandr Volkovla görüşüblər. Sülhməramlıların Qarabağ separatçıları ilə II növbəti görüşündə ermənilərin Laçında yeni yolun açılması ilə bağlı narahatlığı ifadə olunub. Erməni mediası yazır ki, görüşdə Rusiya sülhməramlı kontingentinin məsul şəxsləri “xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək”, yeni marşrutun dəhlizlə eyni hüquqi statusa malik olacağını deyib, 5 kilometrlik təhlükəsizlik zonasından başlayaraq bütün təhlükəsizlik komponentlərinin, Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqələrinin saxlanacağını bildiriblər.

 

 

Rus sülhməramlılarının Laçında inşa olunan yeni yolun “statusu” ilə bağlı Qarabağ separatçılarına verdiyi vədlər nə dərəcədə 10 noyabr sazişinə uyğundur və buna səlahiyyətləri çatırmı?

 

Versus.az xəbər verir ki, siyasi ekspert Azər Hüseynov  şərhində nəzərdə tutulduğu kimi avqustun 25-ə qədər Laçının tam boşaldılması ilə bağlı ermənilərin və sülhməramlıların götürdüyü öhtəlikləri nə dərəcədə icra etmələri barədə tam məlumat yoxdur. O, bununla yanaşı hesab edir ki, bu günlər separatçılarla sülhməramlıların tez-tez görüşməsi ondan xəbər verir ki, ruslar burdan getdikdən və yaxud qismən yer dəyişdikdən sonra da bölgədə proseslərə təsir etmək üçün hələ uzun müddət Qarabağdakı separatçı tör-töküntüdən istifadə etmək niyyətindədirlər.  Onun sözlərinə görə, Laçında Yeni Yolun  “dəhliz statusu”na malik olması, yaxud nə olacağı ilə bağlı  müvafiq orqanlar ictimaiyyəti və mətbuatı məlumatlandırmalıdırlar.

 

“Hesab edirəm ki, Azərbaycan bu məsələdə Türkiyə ilə sıx koordinasiya şəraitində  işləməlidir. Əks təqdirdə ruslar, eyni zamanda digər xarici qüvvələr  Azərbaycanın Qarabağdakı mövqelərini zəiflətmək üçün hər  vəchlə çalışacaqdır. Çünki biz görürük ki, Azərbaycanın bu haqq mübarizəsində yanız Türkiyə ilə səmimi qardaşlıq münasibətləri ilə bağlıdır.  Digər qüvvələr isə hamısı öz maraqlarından çıxış edirlər. Ermənilər üçün Azərbaycan ərazisində dəhlizin saxlanmasına gəlincə, bu ümumiyyətlə absurd məsələdir. Azərbaycan ərazisindən Ermənistandana hansısa bir dəhlizin olması özü-özlüyündə kimə və nəyə lazımdır?”

 

Siyasi şərhçi hesab edir ki, əgər gələcəkdə ərazilərimizdə yaşayan ermənilərə heç bir xüsusi status verilməyəcəksə, orda yaşayan ermənilərə sıravi Azərbaycan vətəndaşları kimi baxılacaqsa onların Ermənistanla əlaqə qurması üçün xüsusi yolun qalmasının  heç bir izahı yoxdur.

 

“Azərbaycan hərbi gücünü artırmalıdır, beynəlxalq iqtisadi konfiqurasiyada rolunu və yerini gücləndirməlidir, Türkiyə ilə sıx əməkdaşlığı genişləndirməlidir, daxili sosial-iqtisadi islahatlarını dərinləşdirməlidir, dövlətin  daha da milliləşməsi üçün çalışmalıdır”-deyə, A.Hüseynov ölkəmizə olan xarici təsirlərdən yalnız bu yolla qurtulmağı mümkün hesab edib.

 

“Xankəndi, Xocalı kimi qisası alınmamış ərazilərimiz də teroristlərdən mütləq təmizlənəcəkdir”

 

Hərbi təhlilçi Alp Arslan İmamqulu hafta.az-a bildirib ki güclü bir ordun varsa, masada qalib olmaq şansın da var.  O bildirib ki, bu gün əsgərimizin atdığı hər bir həmlədən sonra siyasi iradənin tələblərinə müvafiq olaraq ərazilərimiz tək bir güllə atılmadan təmizlənir.

 

“Bu gün də Laçın, Sus, Zabux Şəhidlərin, qazilərin sayəsində azad olunur və Xankəndi, Xocalı kimi qisası alınmamış ərazilərimiz də teroristlərdən mütləq təmizlənəcəkdir.

Düşməndə qorxu yaratmış ordu şəhidlərinin və qazilərinin sarsıdıcı şücaəti ilə varlığını sübuta yetirmişdir. “Şəhidlər ölməz, vətən bölünməz“ -şüarı boşuna deyilməmişdir. Bu torpaqların gerçək sahibləri onun üçün daima diri ali şəhidlik məqamına yüksələnlər və daha da bu uğurda canından keçməyə hazır olanlardır. Onlarsız siyasət boş və mənasızdır. Ordu dövlətin onurğa sütünudur. Ona görədir ki, ölkə rəhbərinə də Ali Baş Komandan ünvanı ilə xitab edilir”.

 

T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...