“Xankəndi və Xocalıdakı ermənilər Laçından dərs çıxardıb, qərər verməlidirlər”

15:29 29-08-2022 | icon 772 | Siyasət
“Xankəndi və Xocalıdakı ermənilər Laçından dərs çıxardıb, qərər verməlidirlər”

“Ordumuzun sabah Xankəndi, Xocalı və Xocavəndə də daxil olması zəruri prosesdir”

 

Avqust ayının 25-də ermənilərə verilən vaxt bitdi. Avqustun 26-da Azərbaycanın Laçın şəhərinin, Sus, Zabux kəndlərinin qeyri-qanuni məskunlaşmış ermənilərdən boşaldılması, eləcə də Rusiya sülhməramlılarının postlarını da götürərək alternativ  yola daşımaları üçtərəfli sazişin müddəlarına əsasən aparılan uğurlu əməliyyatın davamı kimi mühüm nüansları təhlil olunmaqdadır. Çünki proses bitməyib, qarşıda növbəti hədəflər və birmənalı həllini gözləyən məsələlər var.

 

Şübhəsiz ki, Laçın şəhərinin suverenliyinin qazanılması, eləcə də Azərbaycan Ordusunun ərazilərin təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürməsi II Qarabağ savaşının diplomatik yöndə apardığı mübarizəsinin növbəti uğurudur.

 

Bəs, növbəti hədəflərimiz nədir?

 

Azərbaycan ictimaiyyəti torpaqlarımızın müharibədən sonrakı təmizlənmə prosesində aparılan yumşaq güc nümayişini yüksək qiymətləndirməklə yanaşı, geosiyasi gərginliklər fonunda ehtiyatlı, cəsarətli  davranışı istisna etmir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə  açıqlamalar verən siyasətçilər, hərbi-siyasi ekspertlər maraqlı nüanslara diqqət çəkiblər.

 

 

“Azərbaycan ordusunun bu gün Laçına, sabah Xankəndinə, Xocalıya, Xocavəndə daxil olması təbii və zəruri bir prosesdir”

 

Azərbaycan KP MK sədri Rauf Qurbanov bildirib ki, Azərbaycan, Ermənistan, Rusiya dövlət başçıları arasında 10 noyabr 2020-ci ildə müharibənin qaynar fazasının dayandırılması ilə əlaqədar əldə edilmiş razılıq və qəbul olunmuş müvafiq sənədə uyğun olaraq erməni hərbi birləşmələri nəinki Laçını, bütövlükdə Qarabağ ərazisini çoxda tərk etməli idilər.

 

“Çox təsübblər olsun ki, bu günə kimi Ermənistan rəhbrliyi imza atdığı sənədin şərtlərinə əməl etmir və müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasının vaxtını uzadır. Qeyd etmək istəyirəm bu cür destruktiv hərəkətlər ilk özncə erməni xalqının mənafeyinə ziddir və problemin həllinin yubadılması Qarabağda yaşayan ermənilərin maraqlarına cavab vermir. 30 ilə yaxın bir dövrdə, o cümlədən 44 günlük zəfər savaşında Ermənistan rəhbərliyi tərəfindən kobud şəkildə adadılmış sadə erməni vətəndaşları hesab edirəm ki, vəziyyətin bu şəkildə davam etməsini istəmirlər”.

 

R.Qurbanov hesab edir ki, bu gün Azərbaycan ordusunun Laçına, sabah Xankəndinə, Xocalıya, Xocavəndə daxil olması təbii və zəruri bir prosesdir. Bildirir ki, bu torpaqlar Azərbaycan Respublikasının ərazi inzibati vahidliyinə aiddir və Azərbaycan müstəqil, suveren dövlət olaraq Beynəlxalq hüququn prinsiplərinə uyğun öz ərazisində istənilən addımı ata bilər.

 

AKP sədri bildirib ki, belə bir ərəfədə müəyyən qrup ermənilərin Rusiya Federasiyasının bayrağını götürərək ehtiraz etmələri isə sadəcə bir  siyasi  şoudur. O ki, qaldı Rusiya sülhməramlılarının generallarının nə isə vəd etməsinə, R.Qurbanov bildirib ki, bu onların kompetensiyasına aid olan bir məsələ deyil:

 

“Rusiyalı  sülhməramlı geniralların dölət səviyyəsində hər hansı bir qərar qəbul etmək səlahiyyətləri yoxdur. Onlar yalnız siyasi rəhbərlərin qəbul etmiş olduqları qərarların icrasına məhsuliyyət daşıyırlar".

 

Onun fikrincə, hadisələrin bu cür gedişi Azərbaycan Ali Baş komandanını və Azərbaycan ordusunu məcbur edəcək ki, sülh yolu ilə çözülməsi mümkün olan bir məsələni hərb yolu ilə həll etsin. Bu da erməni xalqına baha başa gələcək:

 

“Mən bir kommunist olaraq, problemin sülh yolu ilə həllinə, xalqlarımız arasında münasibətlərin bərpa olunmasına tərəfdaram. Hesab edirəm ki, Ermənistanda da bu cür düşünənləri sayı yetərincədir”.

 

 

“Ermənilərin böyük Ermənistan xülyası bununla bitir”

 

Siyasi şərhçi Teymur Qasımlı bildirib ki, Laçının Azərbaycan ordusunun nəzarətinə keçməsi 10 noyabr sazişinə əsasən Ermənistan və Rusiyanın götürdüyü öhtəliklərdən biridir. Onun sözlərinə görə, Azərbaycan dövləti  bu sazişə uyğun olaraq öz bütövlüyü çərçivəsində işlər aparıb:

 

“Məlumdur ki, Ermənistan Azərbaycanın sülh çağırışlarına hərbi təxribatlarla cavab verdi. Son baş verən təxribatlarda şəhidlərimiz oldu. Azərbaycan “Qisas” əməliyyatı apardı və bu ermənilərin alternativ yolun  çəkilişini sürətləndirdi. Beləliklə də Laçın Azərbaycanın nəzarətinə keçdi”.

 

T.Qasımlı hesab edir ki, Laçının Azərbaycanın nəzarətinə keçməsini 10 noyabr bəyanatında görürülən öhtəliklərin bir addım irəli getməsi  kimi dəyərləndirmək olar.

 

“Amma Azərbaycanın Ermənistanla böyük problemləri qalıb: Əsgəran, Xocalı, Ağdərə, Xankəndində olan mövcud problemlər ərazi bütövlüyümüz çərçivəsində həll olunmalıdır. Bizim hələ ki, qaytarılmayan kəndlər var. Bütün bunlarla yanaşı Laçının nəzarətimizə götürülməsi çox önəmlidir. Laçınla bərabər strateji olaraq Xocalı, Xankəndi nəzarətimiz altına keçir. Ermənilərin böyük Ermənistan xülyası bununla bitir. “Qisas” əməliyyatında götürdüyümüz yüksəkliklər, Xankəndi, Kəlbəcər, Xocalını nəzarətdə saxlamağımız üçün mühüm əhəmiyyət kəsb edir və böyük uğurdur. Bu prosesi Ali Baş Komandanın xarici siyasətdə apardığı işlərin uğurları kimi dəyərləndirmək olar”.

 

 

“Növbəti mərhədlə qeyri-qanuni erməni silahlı birləşmələrinin çxarılması prosesi olacaq”

 

Hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, 2020-ci il üçtərəfli sazişinə əsasən  Ermənistan avqustun 25-ə qədər  Laçın, Sus, Zabux kəndlərində yaşayan erməni əsilli əhalisini köçürməli idi.  Məlum köçürülmədə ermənilərin dirəniş göstərdiyini xatırladan E.Şıxəliyev nəticə etibarilə bu cür addımların heç bir əhəmiyyət daşımadığının bir daha ortaya çıxdığını bəyan edib.   Onun sözlərinə görə, Azərbaycan yeni yolun çəkilişi ilə bağlı üzərinə götürdüyü öhtəliyi yerinə yetirəndən sonra da ermənilər o yolun istifadəsindən də imtina edir, Laçında, Zabuxda, Sus-da yaşamalarını davam elətdirmək istəyirdilər. Lakin məhz siyasi iradəmiz nəticəsində ermənilər həmin əraziələrimizdən çıxmağa məcbur oldular. 

 

“Ermənilər bunu xoşluqla etmədilər. Ermənilər ərazilərdən çıxan zaman evləri yandırıb, fauna və floraya ciddi ziyan vurdular. Erməni əhalisi köçən zaman vandalizmin təzahürləri nədirsə onların hamısını etdilər. Öz qəbirlərini, qondarma kilsələrindən xaçlarını söküb aparmaları bir yana, hətta donuzu kəsib qanını yaşadığı evin içinə yaymaları erməni xislətinin bariz göstəricisidir. Biz əslində ermənilərin bu mundar xislətini bilirdik.  Onlar I Qarabağ müharibəsində Xocalıda, Ağdabanda soyqırımlar yaradan “xalqın” nümayəndələri idilər. Hansı ki, o ermənilər Laçına Suriyadan, Livandan köçürülən ailələr idilər”.

 

E.Şıxəliyev qeyd edib ki, Zabuxda, Susda ermənilərin bu cür vandal addımlar atmasına ayrı-ayrı erməni təşkilatları, Daşnaqsütun partiyası dəstək olub. Daşnaqlar evlərin, torpaqlarımızın yandırılması əvəzində daha çox vəsait verəcəklərinə söz vermişdilər.  Kimlərsə Ermənistanın əraziləri tərk etməsi əvəzinə verəcəyi kompensasiyanı qəbul etdi, kimlərsə də daha çox pul almaq üçün yandırdı.

 

“Nəticə etibarilə Azərbaycan bütün bu baryerləri siyasi yolla çox məqahətlə aşa bildi.  Xüsusən də Rusiya sülhməramlılarının yeni yaradılan yola köçürülməsi və heç bir qarşıdurmanın baş verməməsi Azərbaycan tərəfinin yumşaq gücünün nəticəsi, siyasi iradəsinin təzahürüdür”.

 

Hərbi ekspert Azərbaycan ordusunin Laçına, Sus, Zabuxa yerləşdirilməsini əsas məqamlardan biri kimi önə çəkib. O, bildirib ki, necə ki, Hadrutda, Zəngilanda, Kəlbəcərdə, Şuşada bizim silahlı qüvvlərimizin əməliyyat cavabdehlik zonaları var, eyni ilə Laçında da yaradılacaq.

 

 

“Azərbaycan hərbi hisslərimizin o bölgələrdə yerləşdirilməsi, qeyri-qanuni erməni birləşmələrini nəzarət altına alıb, hədəfdə saxlayacaq. Məlumdur ki, ordumuzun nəzarətinə keçən starateji yüksəklikllərdə bölmələrimiz yeni dislokasiya rayonları yaradıblar. Bu da o deməkdir ki, gələcəkdə qeyri-qanuni birləşmələrin ərazilərimizdən çıxarılması üçün növbəti addımlar atıldı. Burda iki variant var. Ya ermənilər, qeyri-qanuni erməni hərbi birləşmələri yumşaq güclə Qarabağ ərazisini tərk etməlidir, ya da antiterror əməliyyatı ilə torpaqlarımız təmizləməliyik”.

 

E.Şıxəliyev bildirib ki, Laçın mina sahələrindən təmizlənib əhalimiz ora yerləşdiriləndən sonra növbəti mərhədlə qeyri-qanuni erməni silahlı birləşmələrinin çxarılması prosesi olacaq. Sonrakı strateji hədəfimizdə sərhədlərin delimitasiya, demorkasiyası, tanınması, daha sonra Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan bunu yumşaq güclə, ardıcıl, mərhələli şəkildə həyata keçirdəcək. Burada zamana ehtiyac var. Bu gün Qarabağ da, sərhədllərimiz milli ordumuzun nəzarəti altındadır. Ermənilər qərara verməlidirlər: ya qalıb sülh şəraitində, Azərbaycan vətəndaşları olaraq, digər xalqlar kimi yaşamalıdırlar, ya da çıxıb getməlidir. Hər iki variant büzin üçün keçərlidir. Bundan sonra Xankəndi, Xocavən, Ağdər bölgəsində olan ermənilər Laçında baş verən olaylardan dərs çıxardıb, düzgün qərər verməlidirlər”.(hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin