“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

16:14 17-01-2019 | icon 566 | Siyasət
“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

 

Əlabbas Məhərrəmli: “Münasibətləri düşmənçilikdən normal rəqabət məcrasına keçirməyin tək yolu dialoqdur”

 

 

Siyasi ekspert Əlabbas Məhərrəmlinin Versus.Az-a müsahibəsi

 

- Əlabbas bəy, hazırki ictimai-siyasi durumu necə dəyərləndirərdiniz, ölkənin ictimai-siyasi həyatının hansı istiqamətlərində proseslərin canlandığı müşahidə olunur?

 

- Real baxsaq, ölkənin ictimai-siyasi həyatında ciddi dəyişiklik yoxdur. Bu da hər hansı siyasi hadisənin və prosesin olmaması ilə bağlıdır. Ümumiyyətlə, bu durğunluq ötən ilin aprelində keçirilmiş növbədənkənar prezident seçklərindən sonra yaranıb. Doğrudur, həmin seçkilərdə də aktiv, cəmiyyətdə xüsusi maraq doğuran prosesin şahidi olmadıq.

 

- İctimai-siyasi fəallıq necə yarana bilər?

 

- Təbii ki, mövcud siyasi qüvvələrin təşəbbüsü və iştirakı ilə. Ancaq hakim siyasi qüvvə prezident seçkilərində qalib gəlib, hökuməti formalaşdırıb və hər hansı siyasi prosesə ehtiyac görmür. Müxalifət qüvvələri isə hansısa siyasi prosesə başlamaq üçün hələ də bir arada deyillər. Yəni indiki halda yalnız birgə fəaliyyətin razılaşdırılması istiqamətində müzakirələr aparılır. Bunun nəticəsi nə olacaq, indidən bilinmir. Eyni zamanda, Qarabağ Komitəsi, Müsavat və Milli Şuranın yaxın dönəmdə mitinq keçirmək təşəbbüslərinin baş tutub-tutmayacağı, baş tutarsa, hansı effekti verəcəyi də məlum deyil. Ona görə də siyasi proseslərdə canlanmanın olduğunu söyləməyə məncə, tələsməyək. Bununla belə, real müstəvidə olmasa da, virtual məkanda aktivlik yüksək səviyyədədir.

 

 “Siyavuş Novruzov da onu azadlığa buraxmağa çağırış edib”

 

- Son günlər gündəmi zəbt edən Mehman Hüseynov məsələsi ilə bağlı xarici dövlətlərdən gələn fikirlər və ölkə daxilində yüksək ranqlardan verilən əks reaksiyaları nəzərə alsaq, hansı prosesin getdiyini söyləmək olar və bu ictimaiyyətə, eləcə də ölkənin beynəlxalq imicinə nələri vəd edir?

 

- Mənə belə gəlir ki, Mehman Hüseynov məsələsi ətrafında ajiotaj səngiyib. Əvvəlcə bizim hüquq müdafiəçiləri, daha sonra xarici səfirliklər və beynəlxalq təşkilatların təmsilçiləri Mehmanla görüşdülər. Hüquq müdafiəçiləri bildirmişdilər ki, Mehman ona qarşı qaldırılmış ikinci cinayət işinə görə narazıdır, bunu əsassız hesab edir. Yəni bu qədər diqqətdən sonra Mehmanın məsələsi yəqin ki, ciddi surətdə araşdırılacaq. Yəqin siz də məlumatlısız ki, hətta YAP icra katibinin müavini Siyavuş Novruzov da Mehmanın məsələsinə fərqli yanaşsa da, onu azadlığa buraxmağa çağırış edib.Bu baxımdan, məsələnin daha da böyümədən həll olunacağını gözləmək mümkündür.

 

- Bir çox siyasi ekspertlər son illər söyüş ritorikasının sivil mübarizə üsullarını üstələdiyini qeyd edərək, bu prosesə son verilməsi ilə bağlı çağırışlar etsələr də, vəziyyət hələ də olduğu kimi qalır. Sizcə pozulmuş münasibətlər sistemini hansı halda nizamlamaq mümkün olacaq və vəziyyət belə davam edərsə, bu, cəmiyyətə nələri vəd edir?

 

- Təbii ki, istər siyasətdə, istərsə də adi həyatda, məişətdə söyüşdən istifadə yolverilməzdir. Siyasi rəqabətdə isə söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlaməti hesab olunur. Cəmiyyət də söyüş məsələsinə çox həssasdır və buna təpki göstərir. Söyüş ritorikasına son qoymağın, ümumilikdə münasibətləri düşmənçilikdən normal rəqabət məcrasına keçirməyin tək yolu dialoqdur. Tərəflər yalnız dialoq vasitəsilə mövqelərini normal izah edərək, bir-birilərini başa düşə bilərlər.

 

“Struktur və kadr dəyişiklikləri davamlı olacaq”

 

- Prezidentin müvafiq sərəncamı ilə aparılan kompleks islahatlar sırasında bir sıra qurumların ləğv olunmasının hansı müsbət mənfi tərəfləri var və bu, ölkəmizə nə vəd edir?

 

- Prezidnet seçkilərindən sonra müəyyən kadr və struktur dəyişiklikləri həyata keçirildi. Dövlət başçısı Nazirlər Kabinetinin son müşavirəsində də idarəetmənin təkmilləşdirilməsinin vacibliyini bəyan etmişdi. Həyata keçirilən dəyişiklikləri də bu kontekstdə qiymətləndirmək lazımdır. Əlbəttə, dəyişikliklər müsbət nəticəyə hədəflənmiş hesablamalar əsasında aparılır. Nəticənin necə olacağını qarşıdakı dövrdə görəcəyik. Məncə, struktur və kadr dəyişiklikləri davamlı olacaq.

 

- Müxalifətin “birlik sevdası” hazırda necə görünür? Sizcə müxalifətin “zirvəsi”ndə yaranan işçi qrupunun partiyalararası münasibət və onların özlərinə olan ictimai münasibətdən dolayı qarşıya qoyduqları məqsədlərinə çatmaları nə dərəcədə realdır?

 

- Qeyd etdiyim kimi, çox sayda müxalifət partiyası bir araya gəlmək üçün məsləhətləşmələri davam etdirirlər. Cəmiyyətin müxalifətə münasibətini isə onların gördükləri real fəaliyyət müəyyənləşdirə bilər. İndiki halda bu barədə birmənalı fikir bildirmək çətindir.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin