Qonşunun həyətindəki gülləri suladığına görə həbs edilib
Alabama ştatında özgə həyətində gülləri sulayan kişi saxlanılıb.
Polis bölməsində həmin şəxs özünü keşiş Cenninqs kimi təqdim edib və bildirib ki, səfərdə olan qonşuların bağına qulluq edir.
Lakin o, qanuna əsaslanaraq, sənədin yalnız cinayət və ya hüquq pozuntusu şübhəsi olduqda göstərilməli olduğunu əsas gətirərək, şəxsiyyət vəsiqəsi təqdim etməkdən imtina edib.
Keşiş polisi irqi ayrı-seçkilikdə ittiham edib. O, həqiqəti dediyini sübut etməyə çalışsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları ona inanmayıblar.
Cenninqsin sözlərini onun saxlanıldığı evin sahibi də təsdiqləyib və yalnız bundan sonra keşiş sərbəst buraxılıb.
O, qanunsuz həbsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"