Xızıyda ağaclıq ərazini yandıranlar saxlanılıblar

12:51 05-09-2022 | icon 564 | Hadisə
Xızıyda ağaclıq ərazini yandıranlar saxlanılıblar

Meşə ətrafında, meşələrdə, biçilmiş sahələrdə ehtiyatsız, nəzarətsiz yanğınlar ekoloji tarazlığı pozmaqla, dövlətə və təbiətə külli miqdarda zərər vurur. Yay aylarında intensivləşən bu halların profilaktikası, bu əməlləri törədən şəxslərin müəyyən olunması istiqamətində müvafiq dövlət qurumları ilə qarşılıqlı iş aparılır. 

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Xızı rayonu Baxşılı kəndində quru otlaq və ağaclıq sahələrinin yandırılması ilə bağlı rayon polis şöbəsinə daxil olan məlumat əsasında əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, istirahət zamanı piknik edən bir qrup şəxs ocağı nəzarətsiz qoyaraq odun söndüyünə tam əmin olmadan ərazini tərk ediblər və nəticədə yanğının miqyası genişlənib. 

 

Davam etdirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Taleh Hüseynov və Şəmkir rayon sakinləri İrafiq Mamedov və Bəyoğlan Hüseynov saxlanılıblar. 

 

Qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Xızı RPŞ-də cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?