Bir kənd yasda

12:55 05-09-2022 | icon 593 | Hadisə
Bir kənd yasda

Altı qadın dəfn edilib, ölənlərdən ikisi bacıdır

 

Lerikdəki “Baba ocağı” ziyarətgahından qayıdarkən qəzaya düşən Lənkəran sakinləri ilə bağlı yeni faktlar ortaya çıxıb.

 

Kənd sakinləri hər 20 gündən bir öz aralarında ocaqlara ziyarət təşkil edirmişlər:

 

“Xanımlar ziyarəti öz aralarında təşkil ediblər. Onların hamısı dindar insanlar olub, demək olar ki, hər 20 gündən bir müxtəlif ocaqları ziyarət edirdilər. Lerikdə ocaq var, bu dəfə də oraya gediblər. Qayıdanda Günəşli kəndində sürücü idarəetməni itirib, deyəsən, bir az sürətlə sürürmüş, nəticədə avtomobil beton hasara çırpılıb. Səkkiz nəfər ölüb, onlardan biri Göyşaban, yeddi qadın isə Boladi kənd sakinləridir. Hadisədə doqquz nəfər yaralanıb, hazırda Lənkəran rayon Mərkəzi Xəstəxanasında reanimasiyadadırlar”.

 

Bildirilib ki, ziyarətə təxminən 40 nəfər gedib:

 

“Sürücü daim onları ocaqlara aparan şəxs olub. Sadəcə hadisə təsadüf nəticəsində baş verib, maşın köhnə olduğuna görə əyləci yaxşı işləməyib. Bu ziyarətə iki maşınla gediblər. Digər avtomobildə də 20 nəfərə yaxın xanım olub, onlar ziyarətdən bir saat tez qayıdıblar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...