“Laçın, Zabux və Susda minatəmizləmə işləri aparılır”

13:06 05-09-2022 | icon 377 | Müharibə
“Laçın, Zabux və Susda minatəmizləmə işləri aparılır”

“Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçib. Həmin gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə mina axtarışına başlanılıb”.

 

Versus.Az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

 

Qurum rəhbəri xatırladıb ki, bu yaxınlarda Müdafiə Nazirliyi ilə birgə Laçında aparılan minatəmizləmə işləri ilə bağlı məlumat yayıblar:

 

“Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Aşkar olunan minalar məlum olub ki, Ermənistan tərəfindən müharibədən sonra istehsal olunub. Bu da qarşı tərəfin məkrli siyasətini əks etdirir”.

 

V.Süleymanov bildirib ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir:

 

“Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin