"Azərbaycan yeni yola bu statusu verməyə bilər"

13:12 05-09-2022 | icon 316 | Siyasət
"Azərbaycan yeni yola bu statusu verməyə bilər"

Fuad Əliyev: "Bütün Qarabağda suverenliyimiz təmin olunacaq"

 

Xankəndidən Ermənistana gedən yeni yolla bağlı müzakirələr başlanıb. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılmasından sonra bu mövzu daha da aktuallaşıb. Xüsusən də ən çox erməni mənbələri müxtəlif versiyaları tirajlayırlar. Əsas müzakirə məsələsi yeni yola “dəhliz” statusunun verilib-verilməməsidir.

 

Erməni mediası iddia edir ki, Azərbaycan yeni yola “dəhliz” statusunun verilməsindən öncə üçtərəfli razılaşmada erməni qoşunlarının Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Erməni mənbələri qeyd edirlər ki, əgər bu tələblər yerinə yetirilsə, yeni yolun “dəhliz” statusu daşıması müzakirə edilə bilər.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə qarşıdakı bir həftədə yeni yolun hansı status daşıyacağının dəqiqləşəcəyini düşür: 

 

“Azərbaycan rəsmi elan etdi ki, sentyabrın əvvəli yoldan istifadə mümkün olacaq. Amma açıqlamada ”dəhliz" ifadəsinə yer verilmədi. Zənnimcə, yeni yolun dəhliz statusu daşımasına ehtiyac da yoxdur. Ermənilər təşəkkür etməlidir ki, onlara Ermənistana gediş-gəliş üçün yol çəkmişik. Əslində niyə gedib-gəlməlidirlər ki? Nə vaxt diplomatik əlaqələr qurular, viza ilə səfər edə bilərlər. İndiki halda onlar Azərbaycan ərazisində yaşayan, dövlətə tabe olmayan, yolunu azmış adamlardır. Sadəcə, geosiyasi reallıqları nəzərə alaraq onlara nəfəslik vermişik. Açığı, rəsmi mövqedə “dəhliz” ifadəsi olmadığı üçün Azərbaycanın yeni yola bu statusu verməyəcəyini gözləyirəm. Üstəgəl, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, sentyabra qədər Qarabağda erməni hərbçi olmayacaq. Biz bu məsələni gələn ay tam həll etməliyik, nə Ermənistan ordusunda xidmət çəkən, nə qondarma rejimin silahlısı bölgədə qala bilər. Hər halda, sentyabrda yeni qaynar proseslər gözlənilir. Fikrimcə, növbəti mərhələdə Xocalı, Ağdərə, Sərsəng su anbarı tam nəzarətimizə keçəcək. Ardınca bütün Qarabağda suverenliyimiz təmin olunacaq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI