Yılmaz Özdil – QADIN (III)

18:27 19-11-2017 | icon 811 | Ədəbiyyat
Yılmaz Özdil – QADIN (III)

ASUMAN

/Tərcümə: Rüfanə Günəş/

– Dərələri sattınızmı?
– Satmadıq
– Bəs nə ettiniz?
– Sadəcə verdik
– Hə, o başqa məsələ.

And içsə başı ağramaz.
Prezidentimiz Rizədə dərələrin üstünə qurulan su elektrik stansiyasının açılışını etdi. O stansiya məhkəməlik idi, hələ qərar çıxmamışdı. Məhkəmə qərarını gözləmədən açılış edən baş nazirimiz:
– Bir neçə ətraf mühiti qoruyan tiplər buna qarşı çıxır – dedi.

İki ay əvvəl…

Üç professorumuz Bolu şəhərində avtomobil qəzası keçirdi, üçü də rəhmətə getdi. Professorlarımızdan biri, “üçüncü köprü İstanbul meşələrini məhv edəcək” adlı sənədə imza atan Əhməd Hızal idi. Bir digəri isə İstanbul Universiteti Meşə Mühəndisliyi Bölümünün rəhbəri professor Asuman Efe idi. “Bitki ana” olaraq tanınırdı.
Hara gedirlərdi? Kastamonu şəhərinə, Loç Vadisinə.
Kürə Dağları milli parkının ərazisi daxilində olan Loç Vadisinə su elektrik stansiyası qurmaq istəyirdilər. Əhali etiraz etmişdi, iş məhkəməlik olmuşdu. Kastamonu İdarə Məkəməsi bu üç professoru “bilən adam” təyin etmişdi.
– Gəlin yerində araşdırma aparın. Ağaclar məhvediləcəkmi, ətraf mühit zərər görəcəkmi, hesabat yazın, ona görə qərar verək.
Ətraf mühiti qoruyan tiplər idilər.
Çox təəssüf ki, qəza oldu. Bilən adam heyəti can verdi. Ama ürəyimi dağlayan sadəcə bu deyil.
O qəza, bütün medyada xəbər oldu: “Bitki ana”nın bütün qəzetlərimizdə, bütün televiziya kanallarımızda “ancaq eyni şəkli” yayınlandı. Şəxsiyyət vəsiqəsi üçün olan şəkli. Nəqliyyatda istifadə etdiyi kartından almışdılar.
Çünkü, ömrünü məmləkətin meşələrinə həsr edən “bitki ana”, o dəhşətli qəzaya qədər, bir dəfə belə Türkiyə medyasına xəbər olmamışdı.

Nə bir tədbir şəkli.
Nə bir konfrans şəkli.

Çantasından vəsiqə üçün olan şəkli çıxmasaydı, o günə qədər haqqında tək kəlimə qələmə almaq üçün əyilməyən Türk medyası, xəbərdə “bitki ana”nı şəkilsiz vermək məcburiyyətində qalacaqdı.
Belə ki… dərələri, meşələri əzib keçən stansiyaları “möhtəşəm oldu” deyə durmadan manşetə çıxaran Türk medyasına, “bir neçə ətraf mühit tipləri” baş nazirimiz şikayət etməkdə haqlı idi.

Kimdir o ətraf mühiti qoruyan tiplər?
Hansı hakla bişmiş plova su qatırlar?
Qardaşım, göstərməyin bunları.
Danışdırmayın, yazmayın.

Asuman Efe

“Bitki ana” 2010-cu ildə rəhmətə getdi. Üç il sonra… Çankırı Qaratəkin Universiteti Meşə Fakültəsinin müəllimi yardımçı dosent Sərhat Ursavaş İsparta Qızıldağ Milli Parkında dünya ədəbiyyatında olmayan bir qara yosun növü kəşf etdi. Sərhat Ursavaş “Bitki ana” Asuman Efenin adini yaşadmaq üçün bitkiyə “Cinclidotus Asumaniae” adını verdi. Dünya durduqca heç vaxt unudulmamasına kömək etdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”