Xırdalandakı partlayışdan XƏBƏR VAR

11:57 04-08-2022 | icon 251 | Hadisə
Xırdalandakı partlayışdan XƏBƏR VAR

Xırdalanda binada ötən gün baş verən partlayış zamanı yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb. 

 

Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsindən verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya daxil olan hər iki şəxsin vəziyyəti ağırdır. 

 

Bildirilib ki, yaralılar reanimasiya şöbəsinə yerləşdirilib.

 

Klinik Tibbi Mərkəzdən saytımıza verilən məlumata görə, mərkəzə daxil olan iki nəfərin vəziyyətində ciddi problem olmadığından onlar evə buraxılıb:

 

“Hadisə yerindən Klinik Tibbi Mərkəzə üz tutanlardan biri barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 2001-ci il təvəllüdlü bir nəfər isə tüstüdən boğulma şübhəsi ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Həmin şəxsin səhhətində hər hansı ciddi problem görülmədiyinə görə sonradan evə buraxılıb”.

 

Qeyd edək ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. İlkin ehtimala görə, hadisə beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində xəsarət alanlardan ikisi Nərimanov Tibb Mərkəzinə, ikisi isə KTM-ə yerləşdirilib. 

 

Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

Səbəb birbaşa immun sisteminin aşağı düşməsidir - MÜSAHİBƏ

Bayrağımız Londonda yenidən DALĞALANIR

Londondakı hadisə ilə bağlı BƏYANAT

Şəhid ailələri, I Qarabağ müharibəsi iştirakçıları Prezidentə dedilər ki...

Azərbaycanlı dindarlardan Londondakı hadisəyə CAVAB

Akvariumlu kompüter korpusu

40 il əvvəl baş tutmayan SƏRGİ

İnfeksionistdən XƏBƏRDARLIQ

"İblisin kitabı" - QORXULU SERİAL

Məktəbəhazırlıq qruplarına qeydiyyat BAŞLAYIB

“Mehdinin xidmətçiləri” kimdir?

"Vətəndən ötrü ölməyin ayrı dadı var"

Ramiz Mehdiyev bu filmin çəkilişinə İCAZƏ VERMƏYİB