Fəaliyyəti dayandırılan bağçaların SAYI
“Son bir ay ərzində Bakıdakı məktəbəqədər təhsil müəssisələrinə 5122 uşaq elektron sistemlə qəbul olunub”.
Versus.Az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, idarənin tabeliyinə ümumilikdə 348 bağça keçib:
“Onlardan səkkizinin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir”.
O əlavə edib ki, bağçalarda ümumilikdə 41 087 uşaq təlim-tərbiyəyə cəlb olunub:
“Onlarla 4 299 nəfər tərbiyəçi və müəllim məşğul olur”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"