"Gec də olsa mədəni irsimizin məhv edilməsini gördülər"

11:45 08-09-2022 | icon 273 | Siyasət
"Gec də olsa mədəni irsimizin məhv edilməsini gördülər"

Fuad Əliyev: "Yəqin ”günahlarını yumaq" üçün bu çağırışı edirlər"

 

YUNESKO-nun Baş direktoru Odri Azuleyə Ermənistanın paytaxtı İrəvanın Təpəbaşı məhəlləsində Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinin qarşısını almaqla bağlı çağırış edib. Müvafiq petisiya change.org saytında yerləşdirilib.

 

“İrəvan şəhərinin Təpəbaşı adlanan hissəsi günümüzə qədər gəlib çatmış tarixi İrəvan şəhərinin yeganə nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistanda azərbaycanlıların yaratdığı maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini məhv etmək istəyirlər. Təpəbaşı Azərbaycan mədəniyyəti və o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir" - petisiyada bildirilir.

 

Petisiyanın mətnində İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllədə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasına və onların xüsusi qorunma altına alınmasına kömək etmək xahişi yer alır:

“Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq”.

 

Təpəbaşı ilə əlaqədar petisiyaya (  https://www.change.org/p/unesco-do-not-remain-silent-to-another-act-of-vandalism?utm_source=share_petition&utm_medium=custom_url&recruited_by_id=976d0910-aeb8-0130-f329-002219670981 ) necə qoşulmaq olar?

 

Qayda belədir: Əgər petisiyanı imzalamısınızsa, o zaman göstərdiyiniz mailinizə change.org sistemindən təsdiq maili gəlməlidir. Onu təsdiq edəndən sonra petisiyanı imzalayanlar siyahısına düşürsünüz. Əks təqdirdə, Sizin imzanızı sistem qəbul etmir. İmzalamaq pullu deyil, sadəcə imzalanandan sonra sizə təqdim edilir ki, əgər bu petisiyanı reklam etdirmək istəyirsənsə, ödəniş edin. Siz həmin sözdən aşağıda yazılan “Xeyr, petisiyanı paylaşıram” düyməsini sıxın". (https://www.change.org/SaveTapabashi)

 

Siyasi partiyalar, fəallar təbliğata qoşulubmu?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev YUNESKO-nun Baş direktoru Odri Azuleyanın bu çağırışını təqdirəlayiq hesab edib:

 

“Gec də olsa beynəlxalq təşkilatların bəzisi işğalçı Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsini gördülər. 30 il ərzində dünya ictimaiyyəti işğal altında olan Azərbaycan torpaqlarında xalqımıza məxsus tarixi, mədəni abidələrin dağıdılmasının şahidi oldu. Amma bu vaxtadək susdular. Bütün dünyaya bu faktları çatdırırdıq. Niyə bu 30 il ərzində bizim səsimizi eşitmirdilər? Bu 30 il ərzində təkcə bizə yox, dünyanın mədəni irs xəzinəsinə məxsus olan yüzlərlə tarixi, mədəni abidələrin dağılmasının qarşısını almadılar, susdular".

 

F.Əliyev hesab edir ki, yəqin səhvlərini başa düşüblər, ”günahlarını yumaq" üçün bu çağırışı edirlər:

 

"Əlbəttə ki, bu petisiyaya qoşulmaq lazımdır. Təkcə partiyalar, fəallar yox, xalqımız bütövlükdə bu petisiyanı imzalamalıdır. Ermənistan ərazisində bizim ulu babalarımız yaşayıb, xalqımızın tarixi torpaqlarımızdır. Və bu torpaqlarda olan bütün tarixi mədəni abidələr qorunmalıdır. Biz buna nail olmalıyıq. Bu, təkcə bizim yox, dünya ictimaiyyətinin borcudur. Tarixi abidələri qorumaq beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməlidir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

44 günlük müharibədə olduğu kimi...

Dünya Qadın Seriyası

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ