Vardanyan hiyləsi, yoxsa gicliyi...-Açıqlama

12:41 08-09-2022 | icon 493 | Siyasət
Vardanyan hiyləsi, yoxsa gicliyi...-Açıqlama

 

 

Ermənistan və ermənilər Azərbaycana qarşı özünün məkirli niyyətlərindən əl çəkmir. Hər vasitə ilə regionun dincliyini pozmağa çalışır, işğal etdikləri ərazilərimizi boşaltmaq istəmirlər. Erməni iddiaları öz ampluasında... Belə iddiaçılardan biri də Rusiyada varlanan, milyardları olan erməni Ruben Vardanyandır. O da Rusiyanı tərk edib, Azərbaaycanda-Qarabağda yaşamaq istədiyini bəyan edib. Əlbəttə ki, ermənilərin sərsəm iddiaları bizi təəccübləndirmir. Çünki mahiyyətləri bəlllidir. Bütün hallarda sülh danışıqlarının intensivləşdiyi bir vaxtda 

Vardanyanı Azərbaycanda yaşamağa sövq edən hansı səbəb ola bilər?

 

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən partiya sədrləri vəziyyətə birmənalı yanaşdılar. 

 

"Vardanyanın Azərbaycanın müvafiq orqanlarının razılığı və icazəsi olmadan ərazilərimizdə yaşaması ciddi qanun pozuntusudur və..."

 

Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov bildirib ki, Rusiya Federasiyasının vətəndaşı erməni əsilli millyader Ruben Vardanyanın birdən-birə, gözlənilmədən  Qarabağda peyda olması və Rusiya Federasiyası  vətəndaşlığından imtina edərək “ öz xalqı” ilə birgə yaşamağa qərar verməsi çox gülünc səslənir.

 

“Bütün dünya dövlətləri Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğunu qəbul etdiyi bir halda və Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda 2022-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı barədə mövqe sərgilədiyi bir zamanda erməni əsilli milyarderin Azərbaycan Respublikasının müvafiq orqanlarının xəbəri olmadan, daha doğrusu icazəsini almadan Azərbaycan ərazisidə yaşamağa qərar verməsi erməni bicliyindən daha çox erməni gicliyinə oxşayır.

Vardanyan yəqin özü də yaxşı anlayır ki, Qarabağ müstəqil ərazi-inzibati vahidlik deyil, Azərbaycan Respublikasının tərkib hissəsidir. Vardanyanın Azərbaycanın müvafiq orqanlarının razılığı və icazəsi olmadan  bizim ərazilərdə yaşaması ciddi qanun pozuntusudur və  heç bir hüquqi əsası yoxdur”.

 

“Bu, erməni bicliyindən daha çox erməni gicliyinə oxşayır”

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli  bildirib ki, erməni əsilli rusiyalı milyarder Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə gəlməsi  Rusiya hakimiyyətinin Ermənistanla bağlı son projesi kimi qiymətləndirilə bilər. Onun fikrincə, Rusiya hakimiyyəti Ermənistanda hakimiyyət dəyişikliyi üçün yeni planlar hazırlayıb.

 

“Vaxtilə Ermənistanda hakimiyyətdə olmuş revanşist qüvvələrin Rusiya tərəfindən müdafiə olunması və yenidən hakimiyyətə qaytarılması cəhdləri heç bir nəticə vermədi. Ona görə də vaxtilə Gürcüstanda tətbiq olunmuş ssenarinin Ermənistanda da tətbiq olunması layihəsinin hazırlanması tamamilə mümkün və ağlabatandır. Gəlişi ilə bağlı onun öz bəyanatında da bu nəticəyə gəlmək üçün kifayət qədər əsaslar tapmaq olar. Vardanyanın birbaşa Ermənistana deyil, Xankəndinə gəlməsi isə adi piar kampaniyası kimi qiymətləndirilməlidir. Vardanyanın Xankəndinə gəlməsi Azərbaycan üçün hər hansı təhlükə yaratmır. Ona görə də bu barədə ciddi narahat olmağa dəyməz”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol