Siyasi partiyaların rəsmiləri etiraz etdi...

13:15 08-09-2022 | icon 304 | Siyasət
Siyasi partiyaların rəsmiləri etiraz etdi...

 

 

 

Brüssel razılaşmasından sonra erməni hərbi təxribatları daha da güclənib. Laçın, Kəlbəcər istiqamətində atəşkəs pozulur, ermənilər qondarma rejimin “ildönümünü” qeyd edir və maraqlı budur ki, Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul edən Ermənistan rəhbərliyi də bu tədbirdə iştirak edirlər.

Bunun ardınca da Rusiyada yaşayan, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar verdiyini deyir.

 

Vardanyan bunun riskli addım olduğunu da vurğulayıb və qərarını bu sərsəm sözlərlə əsaslandırıb:

 

“Qarabağa köçmək qərarına gəldim. Bu gün Qarabağ erməniləri ağır psixoloji böhran yaşayır, sabaha inamları yoxdur. Onlar özlərini tərk edilmiş və unudulmuş hiss edirlər. Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri onların yanında olmağa borcluyuq. Biz onlara təkcə simvolik olaraq deyil, həm də əməli işlərdə kömək etməliyik”.

 

Vardanyanı Qarabağa "köçürdən" səbəb nədir?...

 

 

“Bütün  bunlar Moskvada təsdiq edilmiş bir təbliğat aksiyasıdır”

Versus.az xəbər verir: AMİP sədrinin müavini, politoloq Rəşad Bayramov bildirib ki, Rusiya vətəndaşlığından imtina eliyərək Qarabağa köçdüyünü deyən Vardanyan Rusiya sülhmərmlılarının nəzarətində olan Azərbaycan ərazilərində “artsax”-ın təhlükəsizliyi və inkişafı fondunun yaratdığını elan edib və bunu Xocavənd rayonundan bəyan edib. Vardanyan Sülhməramlıların mandatını “arsax” xalqının təhlükəsziliyini,  öz gücünü təmin edənə qədər uzadılmasından danışır.  Və bütün dünyanı, dünya ermənilərini “artsax” uğrunda mübarizəyə səsləməklə yanaşı Çinin, ABŞ və Fransanın da danışıqlarda əsas rol oynamasının vacibliyini qeyd edir.

 

Politoloq bəyan edib ki, öz varidatını Rusiyada qazanmış belə bir adamın Rusiya vətəndaşlığından imtina etməsi bir sıra mətləblərdən xəbər verir. Onun fikrincə, erməni əsilli bu milyarderin İlham Əliyev və Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşündən sonra Xocavənddə peyda olması heç də təsadüfi deyil. Bütün  bunlar İrəvanla – Bakı arasında siyasi dialoqun pozulmasına yönəlmiş, planlaşdırılmış və Moskvada təsdiq edilmiş bir təbliğat aksiyasıdır.

“Vardanyanın antipaşinyan mövqeyi onu deməyə əsas verir ki, o Rusiyanın Ermənistan siyasətində ehtiyat oyunçularından biridir. Bilirik ki, Rusiyanın ənənəvi müttəfiqləri olan Köçəryan və Sarkisyanın Ermənistanda kütlə arasında reytinqi kifayət qədər aşağıdır və belə bir mərhələdə onu əvəzləmək üçün yeni ehtiyat qüvvəyə ehtiyac var. Vardanyanın imkanları və indiyə qədər Ermənistanda dövlət vəzifəsi tutmaması alternativ qüvvə olaraq onun ortaya çıxmasına imkan verə bilər”.

 

R.Bayramov hesab edir ki, məsələnin ikinci tərəfində Vardanyanın həm də öz varidatını qorumağa cəhd etməsi durur.

“Çoxsaylı fırıldaqlar, çirkli pulların yuyulması ilə bağlı ittihamlara baxmayaraq Vardanyan indiyə qədər Qərbin sanksiyalarına tuş gəlməyib.

“Düşünür ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda  gec-tez onun da adı qara siyahıya salınacaq. Vardanyan qazandığı pulların bir qismini ABŞ və Avropada saxlayan rusiyalı milyarderdir. Ona görə də Qarabağa köçmək istəyi ilə həm də  faktiki olaraq öz varidatını qorumağa cəhd göstərir. Ona görə də bəyanatında ABŞ və Fransanın Qarabağ danışıqlarında iştirakının vacibliyini, regionda daha çox təsir imkanlarına malik olmalı olduğunu deməsi də bu istiqamətdə ehtimalları  gücləndirir. Faktiki olaraq Rusiya Vardanyandan ehtiyat kartı kimi istifadə edir. Qarabağa gəlişi ilə Rusiyanın maraqları istiqamətində addımlar atır, həm də öz varidatını qoruyur”.

Politoloq hesab edir ki, Vardanyanın və onun kimi ermənilərin sülhməramlıların nəzarəti altında olan ərazilərimizə girişinin məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılmalı və onun fəaliyyəti ümumiyyətlə nəzarətə götürülməlidir.

 

“Məlumdur ki, son bir neçə gündə Vardanyanın erməni iş adamları ilə danışıqları olub.  Onun Türkiyədəki biznes planları ilə bağlı məlumatlar var. Azərbaycan və Türkiyə əleyhinə fəaliyyəti ilə tanınan  belə bir şəxsin təkcə işğaldan azad olunmuş ərazilərimizə girişi deyil, eyni zamanda Türkiyəyə girişinin yasaqlanması ilə bağlı konkret addımlar atılmalıdır”.

 

R.Bayramov diqqəti Ruben Vardanyanın “vikipediyasına” yönəltmklə əslində erməninin Qarabağda yaşamaq istəyinin mahiyyətini ortaya qoyub:

 

“Vardanyan  “Troyka” Dialoq İnvestisiya Kampaniyasının keçmiş sahibidir, Avrora Humanitar Təşəbbüslər Cəmiyyətinin həmtəsisçisidir və Skolkov Biznes İdarəetmə Məktəbinin yaradıcısı və ilk prezidenti olub. Onun 2020-ci il məlumatlarına görə sərvəti 1 milyard dollarla ölçülürdü. Amma nəzərə alsaq ki, Vardanyan rusiyalı milyarderdir və Rusiya da əmlak və sərvətlə bağlı şəffaf ölkə deyil, dir, bu baxımdan, Vardanyanın varidatının 1 milyarddan da qat-qat çox olduğunu söyləyə bilərik. Belə ki, keçən il ayrı-ayrı xarici mətbu orqanları onun sərvətinin 5 milyardı keçməsi ilə bağlı məlumatar yayıb. Vardanyan həm də Azrbaycanın da yaxşı tanıdığı İtaliyanın oyunu zamanı Azərbaycana gəlməkdən imtina eliyən Roma Futbol klubunun erməni əsilli futbolçusunun qaynatasıdr. Vardanyan erməni diaspor təşkilatının əsas havadarlarından biri hesab olunur. Və qeyd elədiyim kimi, onun təsis etdiyi Avrora Humanitar Cəmiyyəti “erməni genosidinin” tanınması ilə bağlı kifayət qədər aktiv fəaliyyət  göstərir bu və ya digər parlamentlərdə erməni genosidinin tanınması ilə bağlı  çıxış edən fiziki və xüsusi şəxslərə birdəfəlik 1 milyon dollar və qəqarın qəbul olunmasında əlavə olaraq hər il 200 min dollar həcmində mükafat ödəməsi ilə bağlı elanları, məlumatları var. O, dünya biznes elitasında da cinayət yolu ilə əldə olunmuş çirkli pulların  yuyulması  vasitəsi ilə böyük bir sərvətə yiyələnmiş bir dələduz olaraq tanınır. 2006-cı ildən “Troyka” Kampaniyası satılana qədər bu investisiya qrupu şəbəkəsindən 8 milyard dollar həcmində çirkli pulların yuyulması ilə bağlı rəsmi məlumatlar mövcuddur. Xatırlayırsızsa, hələ keçən ilin dekabrında Vardanyan Rusiyada RBK agentliyinə verdiyi müsahibədə Ermənistan siyasətinə atılmağa və ölkəyə rəhbərlik etməsi ilə bağlı  bəyanat səsləndirmişdi.  Bildirmişdi ki, Ermənistan çox ağır vəziyyətdədir və indi onun müstəqil dövlət kimi qorunub saxlanması məsələsi çox kəskin olaraq qarşıda  dayanır. Həmin vaxt Vardanyan erməni əsilli digər alleqarxlarla birlikdə Paşinyan iqtidarını kəskin tənqid edərək Ermənistan hakimiyyətinin Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək  üçün  siyasi iradə və qətiyyətə malik olmadığını bəyan edib”.

.

 

 

“Qırıcılarımız üç rəngli tüstülərlə Xankəndi səmaları üzərindən uçmalıdır”

 

Ağ Partiyanın sədr müavini Azər Hüseynov Versus.az-a bildirib ki, rusiyalı milyarderin Qarabağa gəlişinin başqa formatı var.

 

“Əlbəttə ki, cinayətdir, hüquq pozuntusudur. Buna diplomatik dillə etiraz edilməlidir. Amma praktiki olaraq onun və onun kimilərin Qarabağa gəlişini heç etmək üçün güc göstərişinə ehtiyac var. Qırıcılarımız üç rəngli tüstülərlə Xankəndi səmaları üzərindən uçmalıdır. Daha sonra Türkiyə ilə birgə regionda hərbi siyasi konfiqurasiyaları dərinləşdirməlidir.  Rusiya hakimiyyətinə yaxın olduğu düşünülən diaspor imkanlarını işə salmalıdır. İki güc yumşaq və sərt gücü sinergetik istifadə etməlidir”.

 

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı