Deputatdan Vardanyana XƏBƏRDARLIQ

14:29 08-09-2022 | icon 414 | Siyasət
Deputatdan Vardanyana XƏBƏRDARLIQ

“Ağlını başına yığsın, əks halda onu çox qaranlıq tale gözləyir”

 

Erməni milyarderin Qarabağa “gəlişi” heç şübhəsiz ki, 30 illik işğal dövründə dağıtdıqlarını düzəltmək deyil. Brüssel görüşündən sonra ermənilərin atəşkəsi pozmaqla təxribatçı addımlarının baş qaldırması sırasında belə bir müəmmalı “köçün” də baş tutması əslində Azərbaycana və sülh danışıqlarına qarşı böyük təhdid kimi dəyərləndirilməlidir. Çünki bir erməninin Azərbaycanın icazəsi olmadan onun ərazilərində məskunlaşmaq cəhdi qeyri-qanuni olmaqla bərabər,  heç bir əndazəyə sığmır.

 

Maraqlıdır, uzun illər Rusiyada yaşayan, müxtəlif ölkələrdə şirkətlər qurub fəaliyyət göstərən ermənini Rusiyada yaşamaqdan imtina edib Qarabağa köç etməsinə səbəbə nədir və məqsəd nə ola bilər? Erməni milyarderini yaşadığı, xidmət etdiyi yerdən “narazı” salan kim və hansı orqanlardır. Ermənini Rusiyadan köçməyə öz istəyi vadar edib, yoxsa planlı şəkildə Qarabağa göndərilib? Bütün hallarda Azərbaycanın icazəsi olmadan hansısa bir iş adamının belə bir hərəkətinin və bu cür tendensiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

 

Versus.az xəbər verir ki, bu barədə açıqlama verən deputat erməni milyarderinin Qarabağa "köç" niyyətinin ona baha başa gələcəyini deyib.

 

Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib ki, postmüharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində intensiv addımların atıldığı bir reallıqda iki proses diqqətdən yayınmır:

 

“Birincisi odur ki, bir yandan Ermənistan baş naziri Brüsselə gedib Azərbaycanla sülh müqaviləsi imzalamağa razı olduğunu bildirir və Azərbaycan tərəfinin irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini ifadə edir, bir yandan da Qarabağda atəşkəsin intensiv şəkildə pozulması halları baş verməkdədir.

İkincisi, rusiyalı erməni mənşəli alleqarx Ruben Vardanyanın birdən-birə Rusiya vətəndaşlığından çıxıb Qarabağa-Xankəndinə gəlmək niyyətini ortaya qoyulmasıdır. Vardanyan eyni zamanda özü kimi alleqarxları da Qarabağa gəlməyə dəvət edir.

Bu iki proses hansı məqsədi güdür, varidatı 1 milyard dolları keçən bu alleqarxın Xankəndində nə işi var, o hansı məqsədlə gəlir, hansı uzağa gedən niyyətlər gizlənir ...” sualları aktualdır”.

 

E.Nəsirov bu barədə müxtəlif versiyaların üzərində dayanıb. Onun fikrincə, Ruben Vardanyanlar və onun arxasında duran qüvvələr sübut etmək istəyirlər ki, “münaqişə bitməyib, münaqişədə həllini gözləyən məsələlər var” və bu baxımdan da  erməni alleqarxı Qarabağa gəlir və onlar üçün status məsələsi əsasdır”. Göstərmək istəyirlər ki, Ruben Vardanyan kimi adamlar da statusu müəyyən edilmiş ərazinin inkişafına vəsait qoymağa başlayıblar.

 

Deputat hesab edir ki, Vardanyan ehtiyat variantlardan biri kimi də nəzərdən keçirdilə bilər:

 

“Təbii ki, Köçəryan və Sarkisyanın Qarabağ klanının üzvləri hərbi canilər, erməni xalqının başına oyunlar açan məxluqların yenidən hakimiyyətə gəlmələri sıfıra bərabərdir.  Eyni zamanda Paşinyanın davranışları və atdığ addımlar heç də Rusiyada birmənalı qarşılanmır. Bu mənada hesab edirəm ki, Vardanyan Rusiyada siyasi dairələr üçün ehtiyat variantı ola bilər. Onun maliyyə imkanlarından istifadə edib Qarabağdakı ermənilərin rəğbətini qazanmağa nail olmaq istəyirlər. Gələcəkdə separatçı rejimin tör-töküntülərini onun əvəz etməsi ehtimalı yarana bilər. Hətta uzaq perspektivdə onu Paşinyanın yerinə  gətirməklə bağlı planlar da ola bilər. Hər halda burda təsadüf axatarmaq lazım deyil. Vardanyanın böyük maliyyə imkanlarından  ermənilərin yaşadığı hələ ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərin bərpasında  istifadə etmək istəyirlər”.

 

E.Nəsirov bəyan edib ki, Qarabağ Azərbaycan əraziləridir və üçüncü tərəflərin gəlib orda iştirak etməsi, bərpa işləri ilə məşğul olması qəbuledilməzdir, qanunaziddir:

 

“Vardanyanın Qarabağa gəlişi də qeyri-qanuni hərəkətdir və onun üzərində məsuliyyət yaradır. Hesab edirəm ki, Azərbaycanın müvafiq dövlət orqanları öz intensiv işini aparmalıdır. Tezliklə bu hadisələrlə bağlı Azərbaycan parlamentariləri də öz mövqelərini ifadə edəcəklər. Vardanyanın Qarabağa gəlməsi birbaşa cinayət əməlidir  və onun ordakı fəaliyyəti də Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə yönəlmiş bir fəaliyyət olacaq. Ruben Vardanyan bütün bunları hesablasın, ağlını başına yığsın və belə qeyri-qanuni hərəkətlərə son qoysun. Əks halda onu çox mürəkkəb, qaranlıq tale gözləyir, bunu unutmasın!..”

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI