"Vardanyan güc strukturlarının işini asanlaşdırır"

16:35 08-09-2022 | icon 418 | Siyasət
"Vardanyan güc strukturlarının işini asanlaşdırır"

“Qarabağda əməliyyat tədbirləri ilə Vardanyanı ədalət mühakiməsinə təhvil verə biləcəyik”

 

İşğalçı Ermənistan və onun havadarları bütün vasitələrdən istifadə edərək Qarabağ savaşında uğradıqları məğlubiyyətlərini reanimasiya etməyə çalışırlar. Regionda canı çıxmış Ermənistanı hər vasitə ilə dirçəltməyə çalışanlar arasında heç şübhəsiz ki, regionda marağı olan güclərin əməyi az deyil.

 

Ermənistan baş naziri Brüsseldə sülhə gələcəyinə və 1 ay müddətində sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı işçi qrupu yaradacağına söz verib hökumətə sülh sazişinin gündəm olduğunu desə də, məlum səfərdən sonra Ermənistan xarici işlər naziri və təhlükəsizlik şurasının katibi timsalında yenə də absurd, sərsəm, Avropa İttifaqının vasitəçilik missiyasını kölgə altına salan çıxışlar edir, yenə “status”, yenə “Atət-in Minsk Qrupu”, yenə “ermənilərin təhlükəsizliyi” və “Dağlıq Qrabağ vahidinin” bərpası və sair cəfəng çıxışlar edirlər. Ermənilərin növbəti cəfəngiyadı Rusiya vətəndaşı Ruben Vardanyanın Qaranbağda köçüb yaşamamaq issiası ilə gündəm oldu.

 

Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, erməni milyarder, 30 illik işğal və təcavüzü maliyyələşdirənlərdən biri Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsinin yalnız bir səbəbi var, bu saxtakar və xain erməni Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan qorunmaq istəyir.

 

Deputatın fikrincə, Vardanyan eyni zamanda bu işi elə görmək istəyir ki, həm əmlakını sığortalasın, həm də Ermənistanda siyasi xal qazansın:

 

“Sirr deyil ki, bu ölkədə hazırda ictimai siyasi vəziyyət ağırdır və manipulyasiyalarla siyasi liderə çevilə bilmək şansları yüksəkdir. Vardanyan da bir daşla iki quş vurmaq istəyərək həm də siyasi fiqura transformasiya olmaq arzusundadır. Amma Ruben Rusiya vətəndaşlığından imtina etməklə özü də bilmədən addımları öz millətinin əsl xislətini, həqiqi üzünü ortaya çıxarır. Bu mənada Vardanyanın illərdir, milyardlar qazandığı Rusiyadan belə çətin bir dönəmdə üz döndərməsi Rusiya və ruslar üçün bir xəbərdarlıq olmalıdır. Rus ictimaiyyəti artıq başa düşməlidir ki, ermənilərin əsl siması budur, tarix boyu həmişə xəyanət içində olublar və əgər Qərbin sanksiyaları dərinləşəcəksə bu ölkədə imkan və resurslara malik nə qədər erməni varsa hamısı tək-tək Rusiyaya xəyanət edəcək”.

 

B.Məhərrəmov hesab edir ki, Vardanyanın Xankəndində- Azərbaycan ərazisində yerləşmək niyyəti, bu sadəcə hiyləgər taktiki gedişdir:

 

“Vardanyan milyardlar qazanmış adamdır, ağılsız deyil, o yaxşı anlayır ki, yaxın dövrlərdə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Bakı öz suveren hüquqlarını tam təmin edəcək. Bu mənada Xankəndi Vardanyan üçün biznesini Avropaya daşımaqdan ötrü uğurlu keçid məkanıdır. Təbii ki, indiki məqamda Moskvadan varidatını bir başa Qərbə daşıması Ruben üçün son olardı, amma Xankəndindən köç isə Qərbin separatizmə dəstək verən dairələrindən və erməni diasporundan yaşıl işıq almaq üçün ideal variantdır. Amma Ruben bir şeyi də düşünməlidir ki, 30 illik işğal və təcavüzə açıq dəstək verməklə o bizim üçün hərbi cinayətlərə imza atmış canidir. Eyni zamanda Beynəlxalq hüquqla tanınan ərazilərimizə iznsiz gəlməklə də o yeni bir cinayət törətmiş olur. İndi bütün bunların fonunda Qarabağ İqtisadi rayonuna gəlməklə o bizim güc strukturlarının işini asanlaşdırır, yəni artıq interpola müraciət edib, xaricdə onu axtarmadan öz ərazimizdə, Qarabağda əməliyyat tədbirləri ilə Vardanyanı ədalət mühakiməsinə təhvil verə biləcəyik”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı