Bel ağrıları və müalicə olunmadıqda FƏSADLARI

18:30 08-09-2022 | icon 688 | Sağlamlıq
Bel ağrıları və müalicə olunmadıqda FƏSADLARI

Nərminə Abbasova: “Onurğamızın sağlamlığı əzələ və vətərlərin keyfiyyətindən asılıdır”

 

Demək olar ki, bir çoxumuz bel ağrısının nə olduğunu bilirik. Ya özümüz bu ağrıya düçar olmuşuq, ya da dost-tanışlarda bu problemi görmüşük. Bel ağrısının intensivliyi uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər.

Mövzumuzla bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA deyir ki, bel ağrısı qəflətən başlaya bilər (misal üçün, ağır bir əşya qaldırandan sonra), ya da zamanla bel strukturunda dəyışikliyə görə tədricən başlayır.

 

Həkimin sözlərinə görə, əksər hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün, ya bir neçə həftə çəkir:

 

 

“Xroniki ağrılar 12 həftədən cox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır.
Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır. Yəni onurğanın strukturların (fəqərələr, disklər, əzələ və bağlar) normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir”.

 

Nərminə xanım bildirdi ki, bel ağrısı və bel fəqərəarası yırtığının müalicəsi haqqında danışanda müalicəvi idmanla da bağlı məlumat vermək vacibdir:

 

“Onurğamızın sağlamlığı əzələ və vətərlərin keyfiyyətindən asılıdır. Elastik bağlar və güclü əzələlər onurğanın yüklənməyə dözümlülüyünü və stabilliyini təmin edir. Eyni zamanda bir qədər əvvəl qeyd etdiyimiz kimi, onurğa strukturlarının qidalanması hərəkət zamanı intensivləşir. Normal qidalanma da hər bir orqanın fəaliyyəti üçün şərtdir”.

Həkim-terapevt vurğuladı ki, pasiyentlər əsasən hansı hərəkətlərin bel üçün faydalı olduğunu soruşurlar:

 

“Elə saytınız vasitəsilə onların diqqətinə çatdırmaq istərdim ki, bel fəqərəarasi yırtığınız varsa, ilk öncə qeyd etmək istəyirəm - yoqa, pilates və digər standart “fitness” proqramlarında məsləhətli olmayan hərəkətlər var. Faydalı və faydasız - məsləhət olumayan hərəkətləri ayırd etmək lazımdır. Ən düzgün variant idmana başlamamış həkimlə məsləhətləşməkdir. Amma təəssüf ki, bir çox insanlar yalnız kəskin ağrılar zamanı həkimə müraciət edir. Eyni zamanda, idman da bir müalicə növüdür və hər bir müalicə növü kimi, o da fərdi şəkildə planlaşdırılmalıdır”.

 

 

Nərminə xanım bildirdi ki, bel ağrısının olmaması üçün ilk növbədə fiziki olaraq özünü yormamalı, ümumiyyətlə, fiziki iş zamanı istirahətlə növbələşmə düzgün qurulmalıdır:

 

“Ağırlıq qaldırmalı olduğunuzda əzələ gücünüzün imkanlarını nəzərə alın. Tez-tez istirahət üçün dayanın. Təkbaşına ağır yük qaldırmaqdan çəkinin. Ağrıya görə yatağa düşməkdənsə, vaxtınızı bir qədər sərf edib, işinizi yüngülləşdirəcək köməyə müraciət edin. Daşınacaq ağır yükünüz varsa, əl arabasından və ya bel çantasından istifadə edin. Bu mümkün deyilsə, yükü bərabər şəkildə hər iki əlinizdə daşımaqçün paylaşdırın.

Hər hansı işə başlamazdan öncə yüngülcə dartınma hərəkətləri edərək əzələlərinizi “qızışdırın”. Önə, arxaya, yanlara doğru bir neçə dəfə əyilin. Bu hərəkətləri kəskin deyil, asta-asta edin. Ümumiyyətlə, radikulitdən qorunmaq üçün istər idman, istər iş görən zaman kəskin hərəkətlər yolverilməzdir.

Davamlı olaraq narahat, “donmuş” halda dayanmaq olmaz. Önə əyilərkən əlinizi söykəyərək, daha yaxşısı bir və ya hər iki dizinizi dayaq verərək əyilin.

Eyni zamanda yeməyinizə diqqət yetirin. Çox yeyərkən, mədə həddən artıq dolarsa, cüzi fiziki hərəkət zamanı belə döş fəqərələrinə təzyiq göstərəcək. Bu zaman onların yerdəyişməsi millimetrdən az olsa da, bu, venoz durğunluq yaradaraq, sinir kökcüklərinin qidalanmasının pozulmasına səbəb olacaq. İşarası qəlyanaltılardan sonra döş və bel radikulitinin yaranma səbəbləri də çox zaman ifrat qidalanmadır. Havaya uyğun geyinin. Soyuqdan, rütubətdən qorunun”.

 

Terapevt deyir ki, onurğadakı gərginliyi aradan qaldirmaq üçün xüsusi idman hərəkətləri etmək olar:

 

“Pəncələr bir yerdə, əlləriniz belinizdə, gövdənizi gah sola, gah sağa çevirin. Əgər imkan varsa, qarnı üstə yerə uzanın (soyuq yerə yox!). Çox asta, həlim hərəkətlərlə (hər hərəkətdə 10-a qədər sayın) eyni vaxtda sağ əinizi irəli, sol pəncənizi geri uzadın. Yenə, eyni vaxtda, hər dəfə 10 saniyə ərzində, çox asta, bu ardıcıllıqla dartının: sol əl-sağ pəncə, sağ əl-sağ pəncə, sol əl-sol pəncə. Bu hərəkətləri bir neçə dəfə təkrar edin, ağrınız yüngülləşəcək. Şərait varsa, “turnikdən sallanma” hərəkətini icra edə bilərsiniz. Bu zaman çox diqqətli olmalısınız. Hoppanma hərəkətləri yolverilməzdir, halınızı pisləşdirə bilərsiniz. Sallanma hərəkəti dartınmasız, qolunuz yorulana kimi olmalı, sonda əvvəl ehtiyatla pəncələrinizi, sonra yüngülcə dabanlarınızı yerə qoymalısınız.

Ayaq üstə duraraq yanlara doğru ehtiyatla, ağrı yaranana qədər əyilmə hərəkətləri edin. Ağrı əmələ gələn istiqaməti təyin etdikdən sonra, dayağa (divara, sütuna və s.) söykənin. 10-15 saniyə ərzində dayağa istinad edərək, əvvəl ağrı yaranan tərəfə, sonra əks tərəfə astaca əyilmə hərəkəti edin”.

 

Nərminə xanım bildirdi ki, ağrılar davam edərsə, mütləq həkimə müraciət etmək, mütəxəssis müayinəsindən keçmək lazımdır:

 

“Əks halda, özünüzün əl atdığınız vasitələr vəziyyəti daha da ağırlaşdıra bilər. Ağrılar zamanı yataq xəstəsi olmayın, asta-asta hərəkət edin. Hərəkət-həyat deməkdir. Lakin fiziki aktivliyinizi kəskinləşmə mərhələsi keçdikdən sonra, qoruyucu rejimdə bərpa edin”

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova bel ağrılarından əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI