Müəllim yoxdur - ŞİKAYƏT

13:04 09-09-2022 | icon 503 | Təhsil
Müəllim yoxdur - ŞİKAYƏT

Bakı şəhərində yerləşən 246 saylı məktəb-liseydə müəllim çatışmazlığı var. 

 

Bu barədə valideynlər şikayət ediblər.

 

Bildirilib ki, məktəblərin açılmasına sayılı günlər qalsa da, sözügedən təhsil ocağının rus bölməsi üzrə 2 “f” sinfində müəllim yoxdur.

 

Məsələ ilə bağlı 246 saylı məktəb-liseylə əlaqə saxlanılıb. Təhsil ocağından bildirildi ki, 2 “f” sinfinin müəllimi işdən çıxıb:

 

“Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.1-ci  bəndinə əsasən, Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. 

 

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. İxtisaslı müəllim kadrlarının yerləşdirilməsi Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Təhsil İşçilərinin Sertifikatlaşdırma Mərkəzi tərəfindən bal ardıcıllığı gözlənilməklə aparılır.

 

Qeyd edək ki, Bakı şəhəri 246 nömrəli məktəb-liseyin 2 “f” sinfinin müəlliminin 15.08.2022-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad olunması ilə əlaqədar yaranmış vakant yer barədə məlumat müvafiq qaydada təqdim edilib”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı