Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

12:17 18-01-2019 | icon 439 | Gündəm
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

 

Azərbaycanın Misirdəki Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki,  Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfirliyin müşaviri Azər Abbas 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət haqqında məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycan tarixində ən faciəli günlərdən biri olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq səhifəsidir. Ümummilli lider Heydər Əliyev qanlı hadisələr baş verən günlərdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək başda Mixail Qorbaçov olmaqla sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayəti dünya ictimaiyyətinə çatdırıb.

Daha sonra çıxış edən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin rəhbəri Seymur Nəsirov tarixi faktlar əsasında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri digər soyqırımı və vəhşiliklərdən danışıb, bunların sosial medianın və KİV-lərin köməyilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol