Azərbaycan xalqına təşəkkür etdi

10:26 12-09-2022 | icon 383 | Şou-biznes
Azərbaycan xalqına təşəkkür etdi

Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin məşhur pop ulduzu Hadisə “Bakı Konqres Mərkəzi”ndə canlı solo konsert proqramı ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, repertuarında yer alan hitləri və sevilən nəğmələrini ifa edən sənətçi fürsətdən istifadə edərək, 2009-cu ildə Moskvada keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində ölkəmizdən aldığı ən yüksək 12 xala görə, Azərbaycan xalqına təşəkkürünü ünvanlayıb.

 

“Hər şeydən əvvəl mənə olan hörmətinizə və sevginizə görə və 2009-cu ildə “Avroviziya”da mənə 12 xal verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Heç zaman yadımdan çıxmayacaq. Bu axşam mənimlə bərabər mahnılarımı oxuduğunuz üçün, bəzi nəğmələrimdə ayağa qalxıb rəqs etdiyiniz üçün və məni bu səhnədə yalnız hiss etdirmədiyiniz üçün sizə təşəkkürümü bildirirəm”, - deyə Hadisə fikirlərini ifadə edib.

 

Pop ulduzun dilə gətirdiyi səmimi sözləri tamaşaçılar tərəfindən rəğbət və gur alqışla qarşılanıb. /Bizim.Media/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin