Külək 100-ə yaxın ağaca ziyan vurub

12:26 18-01-2019 | icon 435 | Cəmiyyət
Külək 100-ə yaxın ağaca ziyan vurub

 

Bakıda yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 100-ə yaxın ağacın aşması və budaqlarının sınması hadisəsi qeydə alınıb.

 

Versus.Az xəbər verir ki, bu barədə mətbuata Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

 

İndiyədək birliyə ağac aşması nəticəsində 3 maşına yüngül zərər dəyməsi barədə məlumat daxil olub.

 

Birliyin heyəti hazırda gücləndirilmiş iş rejimində çalışır və aşan ağacların ərazilərdən götürülməsi üçün iş aparır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-18-də ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bu gün gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin keçəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol