Bakıda yağıntıların intensivliyi azalıb

12:32 18-01-2019 | icon 398 | Cəmiyyət
Bakıda yağıntıların intensivliyi azalıb

 

Son onilliklər ərzində Azərbaycanda atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində dəyişikliklər baş verib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verilib.

 

Onun sözlərinə görə, "Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi" mövzusu üzrə son 3 il ərzində aparılmış tədqiqatın nəticələrinə əsasən, Böyük Qafqaqzın cənub yamacının qərb hissəsində (Şəki, Zaqatala, Balakən, Qax rayonlarında) yağıntıların ümumi miqdarı artıb. Lakin bu ərazilərdə yağıntıların sutkalıq miqdarının çox olan günlərinin sayı azalıb.

M.Həsənov əlavə edib ki, Azərbaycanın qalan ərazilərinin əksər yerlərində isə yağıntıların intensivliyi artıb. Bu isə o deməkdir ki, bəzən aylıq yağıntı miqdarı norması həmin ərazilərə 1-2 gün ərzində düşür.

 

Direktor müavini qeyd edib ki, Azərbaycanın yağıntılı bölgəsi olan Lənkəran vilayətində isə həm yağıntının ümumi miqdarı, həm də bol yağıntılı günlərin sayı xeyli azalıb:

"Təhlillər göstərdi ki, bunlar əraziyə daxil olan hava kütlələrinin xüsusiyyətləri ilə, məsələn, konvektiv dayanıqsız təbəqənin qalınlığının az olması, hava kütlələrinin müdaxiləsinin istiqaməti və s. ilə bağlıdır".

M.Həsənov əlavə edib ki, Bakıda yağıntıların miqdarında dəyişmə az qeydə alınsa da, yağıntıların intensivliyi azalıb. Başqa sözlə, Bakıda ardıcıl müşahidə edlən yağışlı günlərin sayı, eyni zamanda, 1 gün ərzində düşən yağıntının miqdarı çoxalıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…