"Atəş nöqtələrini susdurmalıyıq"

10:41 13-09-2022 | icon 323 | Siyasət
"Atəş nöqtələrini susdurmalıyıq"

Elxan Şahinoğlu: “Bu gedişat 3-cü antiterror əməliyyatını reallaşdıra bilər”

 

 

Ermənistan danışıqlarda sülhü gündəm olaraq önə çəksə də, öz mənfur niyyətindən əl çəkmir. Bir yandan erməni alleqarxının Qarabağa köç etmək istəyi və bütün erməniləri Qarabağa çağırması, eləcə də davamlı olaraq Laçını, Kəlbəcəri atəşə tutub gərginliyi saxlamaq niyyətləri, dünya ermənilərinin vaxtaşırı Qarabağa səfərlər edib Azərbaycanın suverenliyinə, müstəqilliyinə qarşı hədyanlar səsləndirməsi və Xocalıdan Xankəndiyə yol çəkmələri və sair məsələlərin  məhz Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə baş verməsi vəziyyətin regionda ağır olaraq  qaldığını önə çıxarmaqla yeni müharibə reallığını ortaya qoya bilər.

 

Qarabağda, sərhəddə baş verən gərginlik 3-cü Qarabağ savaşı ehtimalını nə dərəvədə real edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bu gün həm Kəlbəcər və Laçını hədəf götürən atəş nöqtələrini susdurmalıyıq, həm də Qarabağda qayda-qanun yaratma prosesini sürətləndirməliyik.

 

“Təxribatların sayı azalmır. Bir tərəfdən Ermənistan baş naziri Nikol Paşinyan deyir ki, sülhə alternativ yoxdur, sanki öz cəmiyyətini Azərbaycanla sülhə hazırlayır, digər tərəfdən isə kommunikasiyaların açılmasını, sərhədlərin müəyyənləşməsini qəsdən ləngidir. Bununla yanaşı Kəlbəcər-Laçın istiqamətində bizə atəş açırlar. Belə gedişat 3-cü antiterror əməliyyatını reallaşdıra bilər”.

 

E.Şahinoğlu bəyan edib ki, Ermənistan hakimiyyəti və Qarabağda qalan erməni separatçıları ancaq güc amili ilə hesablaşır. Onun sözlərinə görə, ermənilərə danışıqlar, fikir mübadiləsi məsələləri uzatmaq, təxribatlarını davam etdirmək üçün lazımdır:

 

“Ermənilər qarşılarında güc görəndə onunla hesablaşırlar.  II Qarabağ savaşında bu öz təsdiqini tapdı və antiterror əməliyyatı keçirdi. Deməli 3-cü antiterror əməliyyatına da ehtiyac var. Laçını hədəf götürən atəş nöqtələrini susdurmalıyıq. Çünki biz Laçın və Kəlbəcəri yaxın müddətdə məskunlaşdırmalıyıq. Proses başlamalıdırsa, demək əhalinin təhlükəsizliyi məsələləri də həll olunmalıdır.  İmkan verə bilmərik ki, Laçına və Kəlbəcərə köçürəcəyimiz insanlar 90-cı illərdə olduğu kimi təhlükədə olsun. Biz təhlükəni aradan qaldırmaq üçün atəş nöqtələrini susdurmalıyıq. Qarabağda qayda-qanun yaratmalıyıq.  Düzüdür Ermənistan yenə də haray-həşır salacaq, böyük dövlətlərə müraciət edəcək,  Rusiya da prosesə maniə olmaq istəyəcək. Amma bunlar bizi dayandırmamalıdır”. (hafta.az)

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı