İndoneziya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

12:42 18-01-2019 | icon 347 | Siyasət
İndoneziya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

 

 

Xarici işlər nazirinin müavini Ramiz Həsənov İndoneziya Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramononun (Siswo Pramono) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Versus.Az Trendə istinadən xəbər verir ki, R.Həsənov Azərbaycan və İndoneziya arasında siyasi münasibətlərin cari vəziyyətindən məmnunluğunu ifadə edib.

 

Nazir müavini SOCAR-ın İndoneziyadakı fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkənin mövcud potensialını nəzərə alaraq, iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda nazir müavini R.Həsənov müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Öz növbəsində indoneziyalı diplomat iki ölkə arasında siyasi sahədə mövcud olan münasibətlərdən razılığını ifadə edərək, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

 

Qarşı tərəf İndoneziyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu əsasda həll olunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan və İndoneziya arasında mədəniyyət, təhsil, ticarət, iqtisadiyyat və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan-İndoneziya siyasi planlaşdırma dialoqu keçirilib. Dialoq zamanı Azərbaycan və İndoneziyanın xarici siyasət prioritetləri, iki ölkə arasında əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, həmçinin siyasi planlaşdırma və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdən keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür